Darvinistlər "darvinizmlə Allah inancı ziddiyyət təşkil etmir" yalanını təlqin edirlər

Darvinizmin əsasını materializm təşkil edir. Materializmə əsasən, maddə sonsuzdur və maddədən üstün hər hansı bir güc yoxdur. Başqa sözlə, materializm bütün kainatı təşkil edən maddədən üstün olan, maddəyə hakim olan, maddəni daima nəzarəti altında saxlayan üstün Yaradanın varlığını inkar edir (Allah`ı tənzih edirik). Maddənin mütləq varlığı iddiası ilə ortaya atılmış darvinizmi yaşatma səyinin, bu səy üçün bütün yalanlara, saxtakarlıqlara baş vurulmasının yeganə səbəbi bütün varlıqları üstün və güclü bir Yaradanın yaratdığı həqiqətinin qəbul edilməsinə mane olmaqdır. Darvinistlər son 150 il boyu buna çalışmış, bunun üçün mübarizə aparmışdılar. Darvinizmin saxta din kimi mənimsənilməsinin ən böyük səbəbi elə budur.

Ancaq bu həqiqət, adətən, insanlardan gizlədilir, çünki bu vəziyyət geniş xalq kütlələrinin darvinizmə simpatiyasını pozacaqdır. Xüsusilə Allah`a iman gətirən inanclı insanlara mənfi təsir edəcək. Darvinizmin Allah inancına qarşı bir nəzəriyyə olması Darvinin dövründə də dindar kütlələrin etirazına səbəb olmuş, nəzəriyyə o dövrün insanları tərəfindən asanlıqla mənimsənilməmişdir. Mənimsənilməyə başlanması darvinist təlqinlər və təbliğatlar nəticəsində olmuşdur. Hal-hazırda da təhsil müəssisələrində insanın meymundan törədiyini, dinozavrların qanad açıb uçmağa başladığını öyrənən insanlar, əsasən, təkamül nəzəriyyəsinin zərərsiz elmi nəzəriyyə olduğunu düşünürlər.

Nəzəriyyənin əsl üzündən isə xəbərsizdirlər. Dünyadakı dinsizliyin, diktaturaların, müharibələrin, soyqırımların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdəki əsgərlərimizin şəhid edilməsinin əsas səbəbinin elmdən kənar batil nəzəriyyə olduğunu bilmirlər.

Darvinistlər də müdafiə etdikləri ehkamın əsl üzünü gizlətməyə çalışırlar. Elə buna görə, Allah`a iman gətirən kütlələri yönləndirmək, darvinizmi zərərsiz göstərmək və onların da dəstəyini qazanmaq üçün darvinizmin dinə zidd olmadığı yalanını yaymağa çalışırlar. Bu yolla tərəfdar toplayacaqlarına və təkamül nəzəriyyəsinə qarşı aparılan fikri mübarizənin daha da zəifləyəcəyinə inanırlar. Bu məqsədlə irəli sürdükləri “təkamüllə yaradılış” yalanı olduqca məntiqsiz və əsassız olmasına baxmayaraq, altdan-altdan dəstəklənir, darvinistlər tərəfindən daima gündəmə gətirilir. Hətta bunun üçün Darvinin özünün belə dindar şəxsiyyət olması yalanına əl atırlar. Ateist və darvinist Riçard Dokinz bu məsələ ilə bağlı fəaliyyət göstərən darvinist lobbinin varlığını bu sözlərlə etiraf edir:

Xüsusi təşkil edilmiş təkamülü qoruma lobbisi var. Bunların böyük əksəriyyəti ateistlərdən ibarətdir. Amma bu şəxslər orta mövqe tutan və mötədil dindarlarla dost olmaq istəyirlər. Bunu etməyin yeganə yolu təkamül ilə din arasında heç bir uyğunsuzluq olmadığını söyləməkdir.

Ancaq təkamüllə din heç bir şərt daxilində əlaqələndirilə bilməz. Darvinistlər özləri Allah`a inanmadıqları, təsadüfləri tanrılaşdırdıqları (Allah`ı tənzih edirik), yaradılış həqiqətinə tamamilə qarşı olduqları və bu yolda mübarizə apardıqları halda, bir anda Allah`ın kainatı təkamüllə yaratması yalanının ən böyük müdafiəçisinə çevrilirlər. Əslində, isə darvinistlər materializmə olan bağlılıqlarına görə, Allah inancını heç vaxt qəbul etməzlər. Darvinist olmaq Allah inancını inkar etməyi də özü ilə bərabər gətirir. Bir insanın elmi cəhətdən heç bir dəlili olmayan, təsadüfləri tanrılaşdıran bu bütpərəstlik dinini dəstəkləməsinin yeganə səbəbi Allah`ın varlığını inkar etməkdir (Allah`ı tənzih edirik). Darvinistlərin insanları Allah inancından uzaqlaşdırmaq üçün etməyəcəkləri şey yoxdur.