Qızıl əsr müjdəsi

Peyğəmbərimiz (s.ə.v.) 1400 il əvvəl axırzamanda, yəni yaşadığımız bu dövrdə baş verəcək hadisələri ətraflı şəkildə bildirmiş və bu dövrü hərtərəfli tərif etmişdir. Axırzamanın insanların Quran əxlaqından uzaqlaşacağı dövr olacağı, dünya səviyyəsində böyük tənəzzül, fitnə, müharibə, qarışıqlıq və degenerasiya baş verəcəyini xəbər vermişdir.

Peyğəmbərimizin (s.ə.v) hədislərinə bildirildiyi kimi, Allah bu dövrdə hz. İsa (ə.s) və Rəbbimizin “Hadi” (hidayət verən) ismini daşıyan hz. Mehdini (ə.s) göndərəcəkdir. Hz. İsa (ə.s) və hz. Mehdinin (ə.s) zühurunun baş verəcəyi bu mübarək dövrdə inkarçı fəlsəfə və ideologiyalar tamamilə aradan qalxacaq və dünyanın hər tərəfində davam edən zülm və qarışıqlıq tamamilə sona çatacaq. Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) dövründə Allah inancı Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi yaşanacaq, Quran əxlaqı insanlar arasında hakim olacaq və bütün dünya sülh məkanına çevriləcək. Yer üzündə müharibə və qarşıdurma baş verməyəcək, bütün silahlar aradan götürüləcək, bircə şəxsin belə burnu qanamayacaq.

Keçmişdə yaşanan əxlaqsızlıqlar, təzyiqlər, zülmlər, yoxsulluq, ədalətsizlik və degenerasiya bu mübarək dövrdə aradan qalxacaq, hər cür sıxıntının yerini bərəkət, bolluq, zənginlik, xeyir, sülh və rifah alacaq. Texnologiya sahəsində çox böyük nailiyyətlər əldə ediləcək və bunlar bütün insanların xeyri və rahatlığı üçün istifadə olunacaqdır. İncəsənət və estetika sahəsi də çox inkişaf edəcəkdir. Bu dövr Rəbbimizin izni ilə “Qızıl əsr” adlanacaq.

Rəbbimiz bu dünyada imtahan üçün bütün gözəlliklərlə bərabər, onların əksi olan mənfi gücləri də yaradır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısında əks-güclər, yəni inkar edənlər çıxmış və bunlar Allah inancına və gözəl əxlaqa qarşı mübarizə aparmışdır. Bu, Allah`ın qanunudur. Hz. Musa dövründə fironun, hz. İbrahim dövründə Nəmrudun, hz. Məhəmməd (s.ə.v) dövründə Əbu Ləhəbin və məkkəli müşriklərin mövcud olması bu İlahi qanunun təzahürüdür. Peyğəmbərimizin (s.ə.v) hədislərində xəbər verildiyi kimi, hz. İsanın (ə.s) nüzulunun və hz. Mehdinin (ə.s) zühurunun gözlənildiyi axırzamanda ortaya çıxacaq mənfi güc isə “dəccal” olacaq.

Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən axırzaman əlamətlərinin demək olar ki, hamısı hicri 1400-cü ildə, yəni məhz peyğəmbərimizin (s.ə.v) xəbər verdiyi dövrdə baş vermişdir. Yüzlərlə əlamətin çıxması axırzamanın yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda, Qızıl əsrin çox yaxın olduğunu müjdələyən çox mühüm məlumatdır. Yaşadığımız axırzamanda dəccalın fitnəsi də özünü göstərmişdir. Kütlələri dinsizliyə sürükləyən, dünyaya qırğınlar, müharibələr gətirən, cəmiyyətləri degenerasiyaya, anarxiyaya, tənəzzülə və cinayətlərə sövq edən dəccalın bu böyük fitnəsi darvinizmdir. Darvinizm heç bir elmi əsası olmadığı halda, 150 il ərzində cəmiyyətlərə təkidlə təqdim edilmişdir. İnsanlar bu böyük yalanla kütləvi şəkildə aldadılmış, bəzi cəmiyyətlər darvinist ideologiyanı əsas tutaraq müharibələrə, soyqırımlara, terrora, anarxiyaya əl atmışdır. Dəccaliyyət darvinizm fitnəsi ilə bütün dünyaya yayılmış, heç bir elmi dəlilə əsaslanmadığına baxmayaraq, saxta iddialar və dəlillərlə bəzi dövlətlərin rəsmi müdafiəsinə sığınmışdır. Darvinist ideologiya axırzamanın ən böyük fitnəsi olduğundan, qısa müddət ərzində saxta uğurlar əldə etmiş, bu günə qədərki ən böyük yalan kimi tarix səhifələrində yerini almışdır.

Ancaq, əlbəttə, hər böyük fitnə kimi dəccalın bu böyük fitnəsi də məhv olmaq üzrədir. Axırzamanın müqəddəs dövrü Qızıl əsr dəccalın fitnəsinin sona çatdığı, müharibələrin və qarşıdurmaların bitdiyi, bəşəriyyətə böyük bəlalar gətirən dinsiz ideologiyaların tarixin qaranlıqlarına gömüldüyü və dünyanın bolluq, bərəkət və ədalətlə dolub-daşdığı bir dövr olacaq. Bu dövrdə İslam əxlaqı bütün dünyaya yayılacaq, insanlar axın-axın Allah inancına yönələcəklər. Bu müqəddəs dövr çox yaxındır. Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsasən, hz. Mehdi (ə.s) zühur etmişdir. İnsanlar tərəfindən tanınacağı vaxt çox yaxındır. Hədislərdən başa düşüldüyü kimi, hz. İsanın (ə.s) nüzulu da çox yaxın vaxtda baş verəcəkdir. Dünya səviyyəsində dəccal sisteminin ən böyük fitnəsi olan darvinizm isə məğlub olub. Dəccal artıq ölüb. Bizə çox yaxın olan Qızıl əsrin bərəkət və bolluğu, hüzur və təhlükəsizliyi Allah`ın izni ilə bütün bəşəriyyətə hakim olacaq, bütün dünyaya yayılacaq. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadilə surəsi, 21)