Darvinistlər təkamül əleyhdarlarını susdurmağa çalışırlar

Darvinizmin inkaredilməzliyinin gərəyi kimi darvinistlər insanlara təsir edən hər təkamül əleyhdarını susdurmağa səy göstərirlər. Bütün dünyanı bürümüş batil darvinizm dini və tərəfdarları bu məsələdə o qədər təzyiq edici və zorakı siyasət yeridirlər ki, bu və ya digər şəkildə təkamül haqqında şübhəli söz demək belə o şəxsə böyük çətinliklər yaradır. Bu faşist israra əsasən, təkamül haqqında şübhələnmək də cinayətdir. Bunu dilə gətirmək cinayətdir. Təkamülün sübut edilməmiş nəzəriyyə olduğunu, hətta sadəcə bir nəzəriyyə olduğunu irəli sürmək də cinayətdir. Darvinizmin əleyhinə olan bir elm adamının hər hansı bir universitetin biologiya fakültəsində dərs verməsi demək olar ki, qeyri-mümkündür. Darvinizm tərəfdarı olan bir qəzetin səhifələrində təkamülü məhv edən bir fosilin şəklini tapmaq mümkün deyil. Orta məktəb biologiya müəlliminin səhvən də olsa, təkamül nəzəriyyəsi ilə bağlı bəzi şübhələri olduğunu ifadə etməsi böyük səhvdir. Yəqin ki, bu orta məktəb müəllimi qısa müddətdə işindən azad ediləcəkdir.

Məsələn, biologiya professoru Karolin Kroker “Expelled "No Intelligence Allowed”" sənədli filmində təkamülü mühakimə etdiyi üçün Corc Mason Universitetindən qovulduğunu belə danışır:

Müdirim məni ofisinə çağırdı və: “Yaradılışı öyrətdiyin üçün səni intizama öyrətməliyəm”, - dedi... O semestrin sonunda işimi itirdim.
Karolin Kroker 5 fevral 2006 tarixində “Washington Post” qəzetinə verdiyi müsahibəsində isə belə demişdir:

Təkamüldəki problemləri öyrətdiyimə görə, Corc Mason  Universitetindəki işimi itirdim. Bir çox elm adamı təkamülü mühakimə edir, amma səslərini çıxarsalar, işlərini itirərlər.
Dr. Riçard von Steynberq isə təkamülü mühakimə etdiyi və təkamülə qarşı olan yazıçıların şərhlərinə yer verdiyi üçün Təbiət Tarixi Muzeyindəki (National History Museum) işindən azad edilmişdir. Steynberqin mövzu ilə bağlı açıqlamaları belədir:

(Yaradılış məsələsi gündəmə gəldikdə) insanlar əsəbiləşirdilər. Belə ki, onların fiziki reaksiya verdiyini görürdünüz. Şöbə müdiri isə (yaradılışın daha inandırıcı olduğunu dediyim üçün) mənim intellektual terrorist olduğumu söyləyərək mövqeyini bildirdi.
Beyin cərrahı Maykl Eqnor isə insanların həkimlik peşəsini işlətməsi üçün təkamül nəzəriyyəsini öyrənməyə ehtiyacı olmadığına dair izahının ardınca qarşılaşdığı reaksiyanı belə açıqlayır:

Bir çox bloqdan bir çox insan mənə ağıza alınmayacaq adlar dedilər. Çoxlu pis şərhlər aldım. İşlədiyim universitetdən və başqa yerlərdən insanlar mənə zəng etdilər və mənə təqaüdə çıxmağı məsləhət gördülər.  Darvinist nəzəriyyəni tənqid etdikdə fərqinə vardığım və məni həqiqətən təəccübləndirən şey bu məsələdə ilə bağlı qəddarlıq, təcavüzkarlıq və bayağılıq idi.

Eyni şəkildə, professor Robert Marks da darvinizmi mühakimə etdiyi üçün Baylor Universitetindəki tədqiqat saytı bağlanmış və tədqiqatları üçün verilmiş qrant əlindən alınmışdır.

Sözügedən sənədli filmdə adının açıqlanmasını istəyən və ya istəməyən bir çox antidarvinist elm adamının şəxsən yaşadıqları hadisələrə yer verilmiş və bu şəxslər darvinizmi inkar etdiklərinə görə, akademik karyeralarının tamamilə məhv edildiyini öz sözləri ilə dilə gətirmişlər.

Jurnalist Lari Uitam isə darvinizmin özünü və darvinist diktatorluğun metodlarını bu sözlərlə şərh edir:

Əgər yaxşı qiymət almaq istəyirsinizsə, yuxarı vəzifələrə seçilmək istəyirsinizsə və əgər milli elmi təhsil sisteminin dəstəkçisi kimi müxtəlif mükafatlar almaq istəyirsinizsə, (təkamül)  modelini mühakimə edə bilməzsiniz.

Bir çox elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya etibar etdikləri jurnalistlə danışdıqda “bu mürəkkəb komplekslikdə” və ya “molekulyar biologiya böhran içində” kimi ifadələr işlədirlər, amma bunu cəmiyyət içində açıq şəkildə dilə gətirə bilmirlər.

Jurnalist Pamela Vinnik isə yaradılışla bağlı yazdığı bir məqalədən sonra jurnalist kimi işindən azad edildiyini bildirir və bunları deyirdi:

Əgər bu mövzuya (yaradılışa) hər hansı şəkildə bir az belə etimad göstərsəniz, ki bunun üçün sadəcə bu mövzuda bir şey yazmağınız kifayətdir, onda bir jurnalist kimi peşəniz sona çatar.

Filosof Stefan Meyer DNT-dəki məlumatın təsadüflə açıqlanmasının mümkün olmadığını, bunun ancaq üstün bir ağlın əsəri olduğunu açıqlayan fikrini sübutları ilə birlikdə biologiya jurnalında nəşr etdikdə darvinistlər jurnalın redaktorunun karyerasını məhv etmək istəmişdilər. Amerika Vətəndaş Azadlıqları Birliyi (American Civil Liberties Union) Corciya əyalətinin Kobb şəhərindəki məktəbləri dərsliklərin üstündəki açıq təfəkkürlə, diqqətlə araşdıraraq və tənqidi yanaşaraq təkamülü öyrənmələri ilə bağlı xəbərdarlıq qeydlərinə görə ittiham etmişdir. Kilsə və Ştatın Ayrılması üçün Birləşən Amerikalılar (California Lebecde Americans United for Separation of Church and State) təşkilatını təmsil edən ailələr məktəbləri təkamüllə yaradılış arasında fərqi dərk etməyi sadəcə təklif etdiyi üçün ittiham etmişdir. Pennsylvania Dover-də ACLUAmericans United for Separation of Church and State tərəfindən dəstəklənən kiçik bir qrup doqquzuncu sinifdə biologiya dərslərində yaradılış həqiqətinin müzakirəsinə mane olmaq üçün məhkəməyə müraciət etmişdir. Hakim bu ailələrin lehinə qərar vermiş və məktəb iddiaçının qanuni haqqı olan müəyyən məbləğdə pul ödəməyə məcbur edilmişdir. Bu məbləğ bir milyon dollardan çoxdur. 153
Yazıçı Enn Kulter bu hadisələri belə dəyərləndirir:

Dover hadisəsindən sonra AVAB ittihamları ilə iflas riskinə girmək istəməyən heç bir məktəb yaradılış kəlməsini ağzına almağa belə cəsarət etmədi. Darvinistlərin məbədlərinin, yəni dövlət məktəblərinin dünyəvi müqəddəsliyini mühafizə etmişdilər. Elmdə, inandırmada və dəlildə qalib gələ bilməmişdilər. Liberalların həmişə qalib gəldiyi yolla qalib gəlmişdilər: onlara hər istədiklərini gümüş sinidə gətirən məhkəmə taparaq.
Bu, elm deyil.

Darvinistlərin tətbiq etdiyi bu təzyiq edici üsullar bəzi insanlar üçün olduqca çəkindirici metodlardır. Bir milyon dollar qədər pul cəzası ilə qarşılaşan məktəb böyük təzyiqlə üzləşdiyinə görə susdurulmuşdur. Bunu nəzərə alan tədris işçisi işini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu sistem Uilyam A. Dembskinin bildirdiyi kimi, diktatorluq rejiminə bənzəyir. Heç kim diktatorun əleyhinə ağzını belə aça bilmir.

Təkamülçü fizika professoru H.S.Lipson bir elm adamı kimi elmin yaradılışı göstərdiyini deyir, ancaq bu həqiqəti qəbul etməyin darvinist diktatorluğun təzyiqinə görə nə qədər çətin olduğunu bu sözlərlə açıqlayır:

Əgər canlı bir maddə atomların qarşılıqlı əlaqəsi, təbiət hadisələri, radiasiya təsiri ilə əmələ gəlməyibsə, onda necə əmələ gəlmişdir? ... Düşünürəm ki, biz ... yeganə ağlabatan açıqlamanın yaradılış olduğunu etiraf etməliyik. Bunun fiziklərin məhdudlaşdırılması mənasına gəldiyini bilirəm, bu, mənə də eyni şəkildə aiddir, amma əgər təcrübə dəlilləri bunu dəstəkləyirsə, xoşumuza gəlməyən faktı rədd edə bilmərik.

Lipsonun sözlərində ifadə etdiyi darvinist məhdudlaşdırma ilə bir çox elm adamı, akademik və tədris işçisi tez-tez qarşılaşırlar. Məsələn, 1999-cu ildə Detroitdə ali məktəbin müdiri kitabxanaya darvinizmi tənqid edən bəzi kitabları qoymaq istədikdə Milli Elmi Təhsil Mərkəzi METM (National Center for Science Education) buna hər cür əngəl metodları tətbiq edərək qətiyyətlə qarşı çıxmışdır.

Conatan Uels bu əngəlləmə siyasətini bu sözlərlə ifadə edir:
METM məktəb müdiriyyətinə təkamülün elmi cəhətdən mübahisəli olmadığını, ona görə də ona qarşı irəli sürülən dəlillərin elmi tədris planına elmi olmayan dini fikirləri daxil etmə səyinin məhsulu olduğunu deyir. Amerika məhkəmələri dövlət məktəblərində dini təhsil verməyin doğru olmadığını elan etdiyi üçün bu, məktəb müdiriyyətinin qanundankənar bir şey etmək istəməsi fikrini müdafiə edən xəbərdarlıq deməkdir. Əgər xəbərdarlıq  nəzərə alınmasa, METM dəstək almaq üçün AVAB-a müraciət edər. AVAB da məktəb müdiriyyətinə yazılı məktub göndərərək bahalı ittihamnamə ilə onu təhdid edir. Ölkədəki hər məktəb müdiriyyəti maddi cəhətdən vəziyyəti idarə etməyə çalışdığı üçün METM və AVAB-ın bu təhdidi darvinist təkamülün dövlət məktəblərində tənqid edilməsinin qarşısının alınmasında çox işə yaramışdır.

Məktəblərdə yaradılışın öyrədilməməsi üçün çox mübarizə aparan Amerikanın Kansas əyalətində təkamülçü biologiya tədrisinin aradan qaldırılması üçün görülən fəaliyyətlərin ardınca Kansas təhsil sistemi çox böyük təzyiq və israrla qarşılaşmışdır. Milli Tədqiqat Şurasının MTŞ (The National Research Council) rəhbəri Herbert Lin “Science” (Elm) jurnalına göndərdiyi bir məqalədə amerikan kollec və universitetlərinin Kansasda tədris edilən bütün ali məktəb biologiya dərslərinin akademik hesab edilməyəcəyinə dair bəyannamə verməli olduqlarını bildirmişdir. Növbəti ay “Scientific American” jurnalının redaktoru Con Renni isə universitetə qəbul komitələrinin Kansas məktəblərinin müdiriyyətlərinə Kansas ştatından ərizə verəcək tələbələrin xarakteristikasını diqqətlə araşdıracaqlarını bildirməsini və Kansasdakı ailələrə də bu mənfi qərarın uşaqlarının gələcəyi üçün pis nəticələrə səbəb olacağını bildirən məktub göndərməsini istəmişdir. Bu hədənin mənası aydındır. Təkamül nəzəriyyəsinə qarşı çıxmaq cinayətdir və bu cinayəti edənlər dərhal məhkəmə məsuliyyətinə cəlb edilməlidir.

Bir müddət əvvəl gündəmə gələn bir ittihamda isə Woods Hole Oceanographic Institution təşkilatından Nataniel Abraham adlı bir tədqiqatçı təkamül nəzəriyyəsini inkar etdiyini bildirməsinin əvəzində işindən azad edildiyini açıqlamışdır. 2004-cü ildə Abrahama Woods Hole-un səlahiyyətli nümayəndəsi olan elm adamı tərəfindən yazılan məktubda işlədiyi təşkilat elm adamlarının təhlillərində və məqalələrində təkamül prinsiplərindən istifadə etməsini açıq şəkildə şərt qoymasına baxmayaraq, Abrahamın Milli Səhiyyə Təşkilatlarının (National Institutes of Health) “təkamül lehinə” fəaliyyət formasını mənimsəmədiyini bildirdiyi üçün işdən azad edildiyi bildirilmişdir. Yəni bir elm adamı təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün rəsmi şəkildə qəbul edilməmişdir. Mövzunun 2007-ci ildə Nataniel Abrahamın irəli sürdüyü ittiham nəticəsində gündəmə gəlməsi, şübhəsiz, artıq insanların darvinizm diktatorluğuna qarşı çıxma cəsarətindən qaynaqlanır.

Berkeley Universitetindən hüquq professoru Filip E. Conson 1981-ci ildə İngiltərə Təbiət Tarixi Muzeyinin qapısından asılan lövhələrlə bağlı darvinist fanatizmi bu sözlərlə izah edir:

Qapının girişindəki lövhədə bunlar yazılmışdı: “Nə üçün bu qədər müxtəlif canlı olduğu sizi heç maraqlandırıbmı? Bir fikrə əsasən, bu gün gördüyümüz bütün canlı varlıqlar mərhələli dəyişikliklərlə qədim əcdaddan törəyiblər. Təkamül necə meydana gəlib? Növlər necə bir-birlərindən törəyiblər? Bu salondakı sərgi bunun mümkün açıqlamasını təmsil edir – Çarlz Darvinin açıqlamasına”.

Yan tərəfdəki lövhədə isə bunlar yazılmışdı: “Digəri isə bütün canlı varlıqları mükəmməl və dəyişməz şəkildə Allah`ın yaratması fikridir”. Əlavədəki broşurada isə bu etiraf yer alır: “Təbii seleksiya ilə təkamül anlayışı sözün tam mənasında elmdən kənardır”.
Elm komitəsinin buna verdiyi cavab biabırçı idi. “Nature” (Təbiət) jurnalındakı məqalədə bu sual verilmişdi: “Darvinizmin ən yaxın qalası olan bu muzeyin müdirləri cəsarətlərinimi itirdilər, yoxsa hətta ağıllarınımı?... Kimsə buna qarşı çıxmaz, elmin ictimaiyyətə təqdim edilməsində, uyğun olduqda mübahisəli mövzuların şübhəli olduğunu demək uyğundur. Bəs təkamül nəzəriyyəsi ciddi bioloqlar arasında hələ də şübhə doğurur? Əgər doğurmursa, onda ümumi mənada fikir qarışdırmasından başqa bu şübhəli sözlər nəyə xidmət edir?”

... Bu nəşrin nəticəsində muzey təslim oldu və bu təcavüzkar ifadələri götürməyə məcbur oldu.

Elə darvinist diktatorluğun üsulu budur. Təkamülə qarşı işlədilən sözlər təcavüzkar ifadələr kimi göstərilir və darvinist elm adamlarının reaksiyası ilə, dünyada məşhur olan elmi jurnalların təzyiqi ilə dərhal qarşısının alınması üçün lazımi tədbir görülür. Darvinist diktatorluğun təzyiqi ilə bütün antidarvinist izahlar dərhal susdurulur.

Bu despot yanaşma, əlbəttə, bircə məqsədə xidmət edir. Təkamül nəzəriyyəsinin sübut edilmiş bir nəzəriyyə kimi göstərilməsi və bu şəkildə bütün dünyaya yayılması darvinist zərurətdir. Onlar yaradılış həqiqətini öz ağıllarına görə insanlardan uzaq tutaraq bütün varlıqları Allah`ın yaratdığı həqiqətini gündəmə gətirməyib yalnız təkamül təlqinini verərək bunu təmin edə biləcəklərini düşünürlər. Lakin darvinistlərin düşünə bilmədikləri bir həqiqət var. Canlıların yaradıldığını anlamaq və görmək üçün insanlara bununla bağlı təhsil verilməsinə ehtiyac yoxdur. Ağlını bir az işlədən hər insan canlı varlıqlarda qeyri-adiliyin, mükəmməlliyin, ağılın, şüurun, sənətin, ehtişamın olduğunu asanlıqla görə bilər. Bütün bunların şüursuz, ağılsız, düşünmə, dərk etmə, mühakimə yürütmə, doğru ilə yanlışı ayırd etmə xüsusiyyətindən məhrum kor təsadüflərin nəticəsində meydana gəlmədiyi qənaətinə gələcəkdir. Yalnız bir neçə saniyə səmimi şəkildə düşünən bir insan üçün belə bunu başa düşmək heç də çətin deyil. Allah ağlını işlədən insanlar üçün yaratdığı möcüzələrin açıq-aydın olduğunu ayələrində xəbər vermişdir:

Həqiqətən, göylərdə və yerdə möminlər üçün ayələr vardır! Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün  əlamətlər vardır. Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allah`ın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3-5)

Darvinistlər, əslində, gördükləri tədbirlərin əbəs olduğunu görməyə başlayıblar. Keçmişdə təzyiq edici metodlarla, saxta dəlillərlə verilən təlqin bu gün şüurlu insanlar üzərində təsirli olmayacaq.

Conatan Uels artıq getdikcə daha çox elm adamının darvinizmdən şübhələnməyə başladıqlarını və səslərini çıxarmaq üçün hərəkətə keçdiklərini bu sözlərlə bildirir:

Həqiqətən, həddindən çox bioloq darvinizmin bəzi böyük dəlillərindən səssizcə şübhələnir və ya onları inkar edir. Ancaq - heç olmasa Amerikada – onlar susmalıdırlar, əks halda, qınağa, məhdudiyyətə və sonda elmi icmadan xaric edilməyə məruz qalırlar. Bu çox tez-tez baş verməsə də, belə bir risk mövcuddur. Güman edirəm ki, darvinistlərin əks fikirləri tənqidin təsiri ilə gözləri açılan bioloqlardan ibarət və sayları getdikcə artan yeraltı icma əmələ gələr. Təcrid edilmiş müxaliflər neçə nəfər məsləkdaşının da eyni cür düşündüyünü başa düşdükdə onları sayları getdikcə artacaq və səsləri daha ucadan çıxmağa başlayacaqdır.