Şeytanın nizamı mütləq süqut edib yox olacaqdır

Şeytana sitayiş edən dəccal sistemi - masonluq daima Allah tərəfdarları qarşısında məğlub olacaqdır. Hal-hazırda şeytana sitayiş edən masonik təşkilat dünyada güclü kimi görünür. Lakin bu, aldadıcıdır. Şeytanın böyük dövlətləri olması, milli siyasətlərinin olması, təşkilatlarının olması heç bir şey ifadə etmir. Bu çürük sistem Allah`ın istəyi ilə bircə həftədə, bircə gündə, hətta bircə anda məhv olacaq sistemdir. Şeytanın sistemi nə qədər güclü görünsə də, Allah`ın istəyi ilə mütləq yerlə yeksan olacaq şəkildə yaradılmışdır.

Bu həqiqəti tarixdən görmək mümkündür. Şeytana sitayiş edən mason liderlərin idarə etdiyi böyük dövlətlər Allah`ın istəyi ilə bir anda məhv olmuşdur. Məsələn, Hitler satanist və mason idi. Onun bir dövlət siyasəti var idi. Gizli xidmətləri, gizli polisi var idi. Lakin o özünə şeytanı silah seçdiyi üçün, şeytanın ardınca gedərək güclü olacağını zənn etdiyi üçün şeytan onun dövlətini süqut etdirdi. Kommunist diktator Lenin şeytanın əmrlərini tətbiq edərək dövlətlərə hökm edən güclü lider kimi görünürdü. Lakin axırda dəli olaraq pərişan halda öldü. Səddam Hüseyn də şeytanın göstərişlərini tətbiq edən mason idi. Onun dövründə İraq ordusu dünyanın ən güclü ordusu idi. Lakin ordu bircə gündə səhrada itdi.

Səddamın isə dünyaya qarşı göstərdiyi gücün ardınca həyatı pərişan halda sona çatdı.
Bütün bunlar yalnız bir gündə və ya bir anda baş vermişdir. Güclü görünən hər şeytan tərəfdarı Allah`ın onlara şeytanı mübtəla etməsi ilə bir anda bütün güclərini itirmiş, məhv olmuşdur. Bu şəxslər şeytanın gücü olduğuna inanaraq yanılmışdılar. Lakin şeytanın hiyləsi zəifdir. Bütün güc isə yalnız Allah`a aiddir. Elə bu səbəbdən, yalnız Allah`ın tərəfdarları qalib gələcəkdir. Şeytanın ordusu peyğəmbərlərə qarşı daim məğlubiyyətə uğramışdır. Peyğəmbərimiz (s.ə.v) Allah tərəfdarı olduğuna görə, onu əsla məğlub edə bilməmişdilər.

Hz. Musa (ə.s) dövrün ən böyük güc sahibi və eyni zamanda da mason olan firona qarşı çıxmışdır, lakin firon Allah tərəfdarı olan hz. Musanı (ə.s) məğlub edə bilməmişdir. Diqqət edilsə, böyük ehtişam içində yaşayan firon sonrakı qövmlərə ibrət verici şəkildə ölmüşdür. Eyni şəkildə, hz. Süleyman (ə.s) da masonik təşkilatlanmaların hamısına qalib gəlmişdir.

Allah tərəfdarları tarixin heç bir dövründə məğlub olmayıblar və olmayacaqlar da. Allah`ı qəlbdən sevən, böyük səmimiyyətlə Ona yönələn hər kəs mütləq dəccal sisteminə qarşı qalib gələcəkdir. Dünyaya hakim vəziyyətdəki dəccali sistem, yəni masonluq da hal-hazırda şeytanın keçmişdəki tərəfdarları ilə eyni vəziyyətdədir. Dəccal güclü kimi görünsə də, şeytanın tərəfdarı olduğuna görə, onu Rəbbimizdən böyük qarşılıq gözləyir. Allah`ın tərəfdarları olan axırzamanın iki böyük şəxsi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) şeytana qarşı mütləq qalib gələcəkdir. Dəccali fikir sistemi Allah`ın izni ilə tamamilə süqut edib yox olacaqdır.