Darvinistlər təsadüfləri möcüzələr həyata keçirən saxta ilah kimi göstərməyə çalışırlar (Allah`ı tənzih edirik)

Təsadüflər darvinistlərin hər şeyi həyata keçirən, sanki möcüzə meydana gətirən saxta ilahıdır. Darvinistlərin bəsit dünyasına görə, zaman və təsadüflər birlikdə fantastik şəkildə hər şeyi meydana gətirə bilərlər. Bu ağılsız inanca görə, təsadüflər insanların bacarmadıqlarını bacarır, laboratoriyadan və elm adamlarından daha üstün bilik, bacarıq və texniki imkana malik olurlar. Darvinizmə görə, təsadüflər hər şeyi mükəmməl komplekslikdə və qüsursuz şəkildə meydana gətirən xətasız mütəxəssislərdir.

Darvinistlərin həyata dair açıqlamalarının ardındakı xəyali qəhrəman darvinist nağıllara görə daima şüursuz təsadüflər olmuşdur.

Darvinistlər üçün bunu insanlara qəbul etdirməyin də müxtəlif üsulları var. Əlbəttə, ağlı başında olan heç kim bir sürünənin anatomiyasının tamamilə dəyişərək mükəmməl görünüşlü, süzərək uçan quşa çevrildiyinə normal şərtlər daxilində inanmaz. İnsanları bu cür məntiqə zidd hekayəyə inandırmaq üçün bir cür sehr sistemi qurulmalıdır. Elə bu səbəbdən, darvinistlər tərəfindən təsadüf bütünün fantastik bacarıqları müxtəlif elmi terminlər ehtiva edən nağıl şəklində insanlara təlqin edilir. Bu nağıla görə, bir canlı varlığın əmələ gəlməsindəki hər mərhələ kor təsadüflərin əsəridir və təsadüflər bunu möcüzələrlə həyata keçirmişdir. Bir darvinistdən: “İlk canlı hüceyrə necə əmələ gəldi?” - deyə soruşsanız, alacağınız cavab: “Bir palçıq yığını içində möcüzəvi şəkildə öz-özünə”, - olacaqdır. Gözün necə əmələ gəldiyini soruşsanız, “Möcüzə” cavabını alacaqsınız.

“Qanadlar necə əmələ gəldi, quşlardakı mükəmməl tüklər necə əmələ gəldi?” - desəniz, “Bir gün bir yolla bir möcüzə oldu”, - məntiqi ilə izahlar verəcəkdir. Darvinistlərin ağıldan və elmdən kənar izahlarında bu xəyali prosesi istiqamətləndirən heç bir şüur, heç bir ağıl yoxdur. Lakin kainat son dərəcə həssas müvazinətlər üzərində qurulmuşdur. Yer üzü qüsursuz nizama malikdir. Bu nizamdakı ən kiçik pozulma bütün sistemin tamamilə məhv olması deməkdir. Hər bir canlı növü də olduqca mürəkkəb quruluşa və heyranedici xüsusiyyətlərə malikdir. Elə bütün bu incəliklərin hər biri üstün güc və qüdrət sahibi olan ağılın, yəni uca Allah`ın əsəridir.

Darvinist hekayələrdə isə bu mükəmməl müvazinət və heyranedici komplekslik görməzlikdən gəlinir. Elmi terminlərlə bəzədilib anlaşılmaz hala salınan təkamül hekayəsinin içindəki bütün bu cəfəngiyatlar sanki sehrləyirmiş kimi ehtiyatla və davamlı şəkildə təlqin edilir.

Teoloq R.C. Spraul bu məsələ ilə bağlı bunları demişdir:
Elm adamları təsadüfə bir güc aid etdikdə fizika sahəsini sehrə tərk etmişdirlər. (Darvinistlərin fikrincə) təsadüf sadəcə dovşanları deyil, bütün kainatın yoxluqdan ortaya çıxmasını təmin edən sehrli çubuqdur.

Darvinistlər nə qədər bu təlqini yaşatmağa çalışsalar da, əslində, möcüzə bəxş etdikləri güc ağılsız, şüursuz, kor təsadüflərdir. Təsadüflər ardında heç bir şüurlu amil olmadan, heç bir ağıllı, istiqamət verici, planlaşdırıcı güc olmadan meydana gələn hadisələrdir. Təsadüfən baş verən bir hadisənin sınama-yanılma yolu ilə ən doğrusunu tapa bilməsi, gələcəkdə meydana gələcək hadisələri təxmin edib buna əsasən tədbir görməsi, bir orqanın nəyə bənzəyəcəyini əvvəlcədən planlaşdırması, fədakarlıq, vəfa və sevgi göstərməyi bilməsi, şübhəsiz ki, mümkün deyil. Bir iynəni belə əmələ gətirə bilməyən xəyali bir gücün dünyadakı möhtəşəm canlı müxtəlifliyini meydana gətirdiyini iddia etmək ağıla, elmə və əlbəttə, sağlam fikrə ziddir.

Burada “bir iynəni belə əmələ gətirə bilməz” ifadəsi darvinist iddialara bir cavab olaraq və bu iddiaların qeyri-mümkünlüyünü vurğulamaq üçün işlədilmişdir. Əslində, təsadüflərin hər hansı bir şey əmələ gəldiyini iddia etmək ciddi məntiq pozuntusuna və ağılsızlığa işarədir. Lakin darvinistlər bu anormal məntiqdən istifadə edərək bütün dünyanı aldada bilmişlər. Darvinistlərin qəribə məntiqlərinə əsasən, kifayət qədər vaxt verildikdə təsadüflərin edə bilmədiyi şey yoxdur.

Nobel mükafatına layiq görülmüş təkamülçü bioloq Corc Valdın aşağıdakı sözləri darvinistlərin “təsadüf + zaman” formuluna sehrli formul kimi inandıqlarını açıq şəkildə ifadə edir:

Sadəcə gözlənilməlidir: zaman möcüzələr həyata keçirir. Çox zaman verildikdə qeyri-mümkün mümkün, mümkün ehtimal və ehtimal qeyri-real olaraq qətiləşər.
Əlbəttə, bütün bu məntiqdən kənar açıqlamaların məqsədi darvinistlərin canlıların varlığına – öz ağıllarına görə - yaradılışdan kənar açıqlama gətirmə cəhdidir. Şübhəsiz, zamanla təsadüflərin birləşərək palçıq yığınından çiçəklər, pişiklər, balıqlar, quşlar, sürünənlər, insanlar meydana gətirdiyini qəbuledilməz olduğunu darvinistlər də bilir. Lakin onlar doğru açıqlamanı qəbul etmək əvəzinə məntiqsiz olanı məntiqli göstərməyə cəhd edirlər.

Göründüyü kimi, darvinistlərin bütün açıqlamaları yalana əsaslanır. Darvinistlərin bəzəkli sözlərini, latın dilindəki təriflərini, anlaşılmaz elmi terminlərini çıxardıqda yerdə “bütün canlılar təsadüfi hadisələr nəticəsində, şüursuz şəkildə, kor təsadüflərin birləşməsi ilə, heç bir nəzarət, heç bir tədbir, heç bir şüurlu müdaxilə olmadan təsadüfən əmələ gəldi” yalanı qalır. Elə darvinistlərin insanları inandırmağa çalışdığı yalan da budur.

Dövrümüzün ən coşqun darvinistlərindən biri olan ateist təkamül bioloqu R.Dokinzin aşağıdakı sözləri darvinist məntiqin nə qədər çıxılmaz vəziyyətdə olduğunu görmək üçün kifayətdir:

... Heyvanlar tələsik bir yerə toplanmış, keçmişdən gəlmiş, kobud şəkildə nizamlanaraq yöndəmsizləşmiş gülünc bədheybətlər olmalı idilər. Lakin qida ovlayan bir hepardın olduqca zərif hərəkətlərini, dağ qaranquşunun aerodinamik gözəlliyini və ya yarpaq görünüşlü həşəratın (kamuflyaj yolu ilə etdiyi) göz yanıldıcı incəliklərinə yönəltdiyimiz maraq dolu diqqətimizi bu ümidimizlə necə əlaqələndirə bilərik?

Allah dəccalı elə böyük tələyə salmışdır ki, son olaraq dəccal tərəfdarları öz ağıllarına görə Allah`a qarşı mübarizə aparmaq üçün təsadüf kimi məntiqsiz, ağılsız və ibtidai sinif şagirdlərini belə güldürən nağıla sığınmaq məcburiyyətində qalmışlar. Təsadüf elə batil və ağılsız iddiadır ki, həşəratların üstün qabiliyyətlərindən istifadə edərək texnoloji alətlər meydana gətirdiyini iddia etmək belə bununla müqayisədə daha məntiqli olar. Lakin dəccalın sehri bəzi insanları bu cəfəngiyata inandırmışdır. Bu cəfəngiyat məktəblərdə tədris edilir. Ancaq insanlar təsadüflərin məntiqsiz şəkildə ilahlaşdırıldığını və onlara bir yaradıcı vəsfi verildiyini (Allah`ı tənzih edirik) görüb anladıqca, dəccalın axırzamandakı ən böyük oyunu olan darvinizm yazıq hala düşmüşdür.
Allah ayələrində belə buyurur:

İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan  bir palçıqdan yaratdıq. Bəli, sən (bu möhtəşəm yaratmaya və onların inkarına)  təəccüblənirsən, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız (dirildiləcəklərmi)?!” De: “Bəli, özü də zəlil  olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)