Yalanın sona çatması ilə baş vurulan yeni psixoloji metod: "heç nə olmadı ki!" fəlsəfəsi

Darvinizmin yalan olmasının açıq şəkildə deyilməsi, təkamül nəzəriyyəsini təkzib edən dəlillərin bir-bir bütün detalları ilə aşkara çıxarılması, şübhəsiz, 150 illik tarixi boyu təkamül  nəzəriyyəsinin heç üzləşmədiyi bir hadisə idi. İnsanların böyük əksəriyyəti inanclarına zidd olmasına və saxta din olmasını başa düşdüklərinə baxmayaraq, darvinizmə qarşı daim susur, bu batil sistemi məcburən qəbul edirdilər. Tədris işçiləri ağıla, məntiqə, elmi dəlillərə və inanclarına zidd olmasına baxmayaraq, tələbələrinə təkamülü öyrətməyə məcbur idilər. Çünki bu insanlara güclü çəkindirmə siyasəti tətbiq edilirdi. Darvinizm ancaq təzyiq, şiddət və zorakılıqla yaşadılırdı.

Ancaq artıq vəziyyət dəyişmişdir. Darvinizmin əsassızlığı qəti və inkaredilməz elmi dəlillərlə ortaya qoyulmuşdur. Darvinizmin böyük yalan olması, illərlə insanları aldatması, saxtakarlıqlarla yaşadılmağa çalışılması açıq və qəti şəkildə sübut edilmişdir. Möhtəşəm əsər olan Yaradılış Atlası elm adamlarının, universitet professorlarının, ölkə başçılarının evlərinə daxil olmuş, tələbələr də daxil olmaqla, mövzu ilə maraqlanan hər kəs bu əsəri internetdən asanlıqla əldə etmişdir. Bu vəziyyət darvinistlər tərəfindən təəccüblə, dəhşətlə, qorxu və təşvişlə qarşılanmış, təkamül tərəfdarları Yaradılış Atlası-nın oxunmasına mane olmağa çalışmış, lakin buna nail ola bilməmişlər. Nəzəriyyələrinin böyük müəmma ilə qarşı-qarşıya olduğunu özləri də açıq şəkildə görməyə başlamışdırlar.

Bu həqiqətlər qarşısında darvinistlər cəbhəsində artıq böyük səssizlik hakimdir. Bəzi qatı darvinistlər isə təkamülü məhv edən çoxlu sayda elmi dəlilin təqdim edilməsini və insanların maraqlanıb həqiqəti gördüklərindən sonra darvinizmin məhvini başa düşdüklərinə baxmayaraq, sanki oyuncağı əlindən alınmış uşaq kimi “heç nə olmadı ki” məntiqinə əl atmışdırlar. “Nə olursa olsun, mən yenə də darvinizmə inanıram və onu müdafiə etməyə davam edəcəyəm”, - deyərək bu vəziyyətin təsirini hiss etdirməməyə çalışırlar. Lakin bu da heç bir nəticə verməyəcək başqa bir darvinist oyundur.

Allah`ın “...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!” (Nisa surəsi, 76) ayəsində bildirdiyi kimi, dəccalın quruluşu olan darvinizm çox tez çökən sistemdir. Belə ki, zülalların təsadüfən əmələ gəlməyəcəyinin, ara fosil olmadığının sübut edilməsi ilə məhv olur. Bir darvinist bu məlumatdan sonra artıq bir daha darvinist ola bilməz. Ancaq məntiqsiz inadkarlıqla: “Mən inanıram və inanmaqda davam edəcəyəm”, - deyə bilər. Amma bu da həqiqi düşüncəsi deyil. Darvinizmə inanması artıq mümkün deyil. Ağzına sürtülən istiotun ağzını heç yandırmadığını iddia edən inadkar uşaq kimi hal-hazırkı darvinizm tərəfdarlarının bəziləri də eyni inadkarlığı davam etdirirlər. Lakin, şübhəsiz, bir uşağın ağzının yanmadığını iddia etməsi vacib deyil. Nəticədə, nə qədər inkar etsə də, ağzına sürtülən istiotun acısını hiss etmişdir. Ona görə, darvinizmin əsassızlığını sübut edən saysız-hesabsız elmi dəlildən sonra hal-hazırda dünyada darvinizmin yalan olduğunu bilməyən bircə darvinist də yoxdur.

Artıq darvinistlər təkamül nəzəriyyəsini qorumaq üçün insanları aldatmağın heç bir fayda vermədiyini bilirlər. Artıq 150 ildir fantastik ssenarilərlə və müxtəlif saxtakarlıqlarla süni uydurduqları və zorla yaşatmağa çalışdıqları darvinizm sona çatmışdır. Bu təfəkkürün məhsulu olan hekayənin gerçək olmadığını bir daha öyrəndikdə bir darvinistin artıq bu batil inancı davam etdirməsi mümkün deyil. Darvinistlər bu qədər müddət ərzində ancaq xilaskar gözləmişdirlər. Bir anda bunun heç vaxt olmayacağını gözləri ilə görmüş, buna fikrən inanmış vəziyyətdədirlər. Notre Dame Universitetindən fəlsəfə professoru Peter Van İnvogenin bu sözləri diqqətə layiq həqiqətə işarə edir:

Əgər darvinistlər elmi həqiqətlərlə dolu bir kitabı əhəmiyyət vermədən, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılasalar, bu vəziyyət bu gün darvinizmin elmi nəzəriyyədən daha çox bir ideologiya olmasına dair yayılan şübhələr üçün mühüm dəlil olacaqdır. 188
Darvinistlər nə qədər: “Heç nə olmadı ki”, - desələr də, etirazlardan, görülən tədbirlərdən, baş verən böyük təşvişdən bu məğlubiyyətin böyük şok təsiri verdiyi açıq başa düşülür. Əlbəttə, illərlə darvinizm yalanına inanmış və ahıl yaşına qədər aldadılmağı qəbul etmək istəmirlər. Buna görə, bütün bunlardan ilk qaçış yolu darvinizm əleyhinə dəlillərə qarşı “inanmıram” iddiası ilə ortaya çıxmaqdır. Amma, əslində, bu şəxs ortaya qoyulan dəlillərin doğru olduğuna 100% inanmışdır. Altı ay sonra soruşduqda qəzəbi bir az soyuyacaq, cavabları fərqli olacaqdır. Çox güman ki: “Darvinizm ola da bilər, olmaya da bilər”, - deyəcək. Qaçış yolları tapmağa çalışacaq, “yeni dəlillər sonradan üzə çıxa bilər” kimi orta mövqeli məntiq irəli sürəcəkdir. Lakin bu batil ideologiyanın dəlilsiz yalan olduğunu çox yaxşı bilir. Amma dərhal qəbul etmək ona çətin gəlir. Əslində isə darvinizm bu şəxs üçün tamamilə məhv olmuşdur.

Bir zaman yağ dənəciklərinin suya düşərək zülala çevrilməsi fikrini müdafiə etmək özünə də ağılsız və inanılmaz gələcək. Bircə dənə də ara fosilin olmaması həqiqətini necə başa düşmədiyini heyrətlə qarşılayacaq, öz vəziyyətinə təəccüblənəcək, bəlkə də 50 il boyu belə bir cəfəngiyatı müdafiə etdiyinə heyrətlənəcəkdir. Darvinizm sehrinə düşdüyünə, bir yalana dəstək olduğuna görə utanacaqdır. Bu gün dövrümüzün ən coşqun darvinistləri belə bu əhvaldadırlar. Müxtəlif ifadələrindən bu başa düşülür, şübhəyə düşdükləri açıq-aydın görünür, bəzən bunu açıq şəkildə etiraf edirlər. Lakin səhv olan inancdan dönmək, doğru olanı qəbul etmək heç vaxt gec deyil. Xətadan qayıdıb doğruları qəbul etmək ləyaqətdir. Elmi dəlilləri gördükdən sonra ediləcək ən doğru şey darvinizmin böyük cəfəngiyat olduğunu açıq şəkildə qəbul etməkdir.