Darvinistlər təkamülə qarşı olan inancların məntiqsiz olması yalanını qəbul etdirməyə çalışırlar

Təqsiri qarşı tərəfin boynuna atmaq bəlkə də ən yaxşı tanınan psixoloji müharibə taktikasıdır. Öz qüsurlarını və ya təqsirləndirildiyi şeyləri qarşı tərəfin üstünə ataraq aparılan mübarizədə bu taktikanı tətbiq edən tərəf, adətən, bu istiqamətdə kim daha güclü təbliğat apararsa, onun qazanacağını düşünür. Yəni  haqsız və təqsirkar tərəf əgər təbliğatını yaxşı aparmışsa, haqlı və incidilmiş tərəf kimi görünəcək və öz ağlına görə mübarizəni qazanacaqdır.

Bu məlum taktika darvinistlər tərəfindən çox açıq şəkildə tətbiq edilir. Saxtakarlıq edən, hər hansı bir yalanı müdafiə edən, ağıl və məntiqə zidd olan, aldadan tərəf darvinistlər olmasına baxmayaraq, məntiqə uyğun olmayan fikirləri müdafiə edənlərin təkamülü inkar edənlər olduğuna insanları inandırmağa çalışırlar. Darvinistlər insanları bu yalana inandırdıqları və insanları kifayət qədər yaxşı və təsirli şəkildə yönləndirdikləri halda, uğur qazanacaqlarına inanırlar. Bu şeytani taktikanın mütləq öz faydalarına olacağını və bütün etdikləri saxtakarlıqları ört-basdır edəcəyini düşünürlər. Lakin unutduqları mühüm həqiqət var: batil olan heç vaxt qalib gəlməz. Bu, Allah`ın qanunudur. Uca Rəbbimiz olan Allah`ın ədaləti mütləq yerini tapacaqdır. Doğru olan ilə yalanı bilən Allah mütləq batili aradan götürəcək və haqqın yerini möhkəmləndirəcək. Darvinist taktikalar dəccalın oyunudur və bütün varlıqlar kimi dəccalı da yaradan Allah onun bütün oyunlarını yerlə bir edəcək. Allah bir ayəsində belə buyurur:

Bu, bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir! (Ənfal surəsi, 18)

Yaradılış həqiqətinə qarşı uydurulan bu saxta metodun təsirli olduğu illər ərzində darvinistlər yaradılış həqiqətindən bəhs edənləri müxtəlif iftira və ittihamlarla mühakimə etmişdirlər. Əslində, darvinistlərin iman gətirənlərə atdığı iftiralar tarix boyu olmuş və Quranda baş verəcəyi xəbər verilən hadisələrdir. Göylərin və yerin hakimi olan uca Allah bu iftiranı atanların halını ayəsində belə xəbər vermişdir:

Onlara: ”Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər. (Bəqərə surəsi, 13)

Darvinistlərin qarşı tərəfi təqsirləndirmələrinin səbəbi yaradılışın mütləq həqiqət olduğunu şübhəsiz bilmələridir. Öz ağıllarına görə nümayiş etdirdikləri lağlağı münasibətin ardındakı səbəb nəzəriyyələrinin elmi kəşf və dəlillərlə dəstəklənmədiyini bilmələri və buna görə də insanlara söz yığını ilə təsir etməyə çalışmalarıdır. Bunun dəccalın sisteminə fayda verəcəyinə inanırlar. Berkeley Universitetindən hüquq professoru Filip E. Conson bu taktika ilə bağlı bunları deyir:

... Tələbələrin pulcuq qanadlı güvə hekayəsindəki qüsurları, Hekelin rüşeym rəsmlərindəki saxtakarlığı, Kembri partlayışının sirrini və qabaqcıl darvinçilərin darvinizmin dini mənaları ilə bağlı, əslində, nəyə inandıqlarını da öyrənməlidirlər. Bu təhsildə çox keçmədən səlahiyyətlilər bir üsyanın başladığını görəcəklər. Darvinçilər taktikalarını dəyişdirməz, çünki təkamül haqqında verilən doğru təhsil təkamülü dirçəldə bilməyən fərziyyələri açıq-aydın işıqlandıracaqdır.

Realist təriflə naturalizm (batil) bir dindir və həddindən artıq doqmatikdir. Bir növ inancla müdafiə edilən son reallıq haqqındakı təməl sübuta əsaslanır və öz “bilik” və “ağıl” anlayışlarına malikdir. İnformasiyanın duyğularımızdan qaynaqlandığını və daha mürəkkəb məlumat növlərinin elmi araşdırmadan irəli gəldiyini söyləyir. Naturalist tərifə əsasən, fövqəltəbiinin biliyi deyə bir şey ola bilməz. Allah haqqındakı fikirlər ağıldan kənar, ya da ağıla qarşı şəkildə tərif edilir. (Allah`ı tənzih edirik)

Lakin, əslində, naturalizm və materializm öz-özlüyündə ağıldan kənardır. Bu batil inancların tərəfdarları şansa, təsadüfə, şüursuz hadisələrə yaradıcılıq vəsfi verən (Allah`ı tənzih edirik), ağıllı dəyərləndirmə qabiliyyətindən məhrum insanlardır. Təsadüfü saxta tanrıya çevirən batil bir dinin müdafiəçilərinin bilik dedikləri şey də təsadüflərin hər şeyi yoxdan var  etməsi fikrinə əsaslanır. Ona görə, burada haqqında bəhs etdiyimiz şey ağıl və məntiqdən kənar olan batil inanc sistemindən ibarətdir. Elə bu səbəbdən, naturalizm, materializm və darvinizmdən söz düşdükdə, ağıl və ya bilik kimi anlayışlar haqqında danışmağın mümkün olmayacağını anlamaq çətin deyil.

Darvinistlər açıq-aydın həqiqət olan yaradılış həqiqətinin geniş şəkildə izah edilib insanları inandırmasından çox qorxurlar. Çünki bilirlər ki, yaradılış həqiqətini dəstəkləyən saysız-hesabsız dəlil var və bunları görən bir insanın təkamül yalanına aldanması artıq mümkün olmayacaq. Digər tərəfdən darvinizmi dəstəkləyən bircə dəlil belə yoxdur. Bu böyük yalanı müdafiə edən şəxslərin öz zəif ağıllarına görə ciddi cəhdlə yaradılış inancını tənqid etmələrinin əsl səbəbi elə budur. Nyu-York Universitetindən kimya professoru təkamülçü Robert Şapiro nəticələr heç vaxt təkamül nəzəriyyəsini dəstəkləməsə də, mütləq sona qədər darvinizmi müdafiə edəcəyini bu ağıldan kənar məntiqlə ifadə edir:

Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın mümkün mənşəyinin tamamilə səhv olduğunu göstərə bilər. Habelə, yeni geoloji sübutlar dünyadakı həyatın ani surətdə meydana gəldiyini göstərə bilər. Sonda bütün kainatı kəşf edib başqa bir yerdə bir həyat izinə və ya həyata səbəb olan prosesə rast gəlməyə bilərik. Belə olduqda, bəzi elm adamları cavab üçün dinə müraciət edə bilərlər. Ancaq mən də daxil olmaqla, digərləri əldə olan daha az mümkün elmi açıqlamaları əlimizdə qalanlardan daha mümkün olanını seçmək məqsədilə axtarmağa çalışacaqdır.

Elə bu sözlər dəccalın qaranlıq sistemini aydın görmək üçün, şübhəsiz, kifayətdir.