Dəccal sistemini ateist masonluq idarə edir

Allah`ın inkar etmək üçün ortaya çıxmış, insanlara Allah qarşısında məsuliyyət daşımayan nəzarətsiz heyvan olduqlarını təlqin edən, hər şeyin təsadüflərlə meydana gəldiyi iddiasını kütlələrə yayan və təbii seçmə iddiası ilə bütün dünyaya zəiflərin yox olması, güclülərin isə həyatda qalması düşüncəsini yayaraq XX əsrin əvvəlindən etibarən bütün dünyanı zülmə, degenerasiyaya, soyqırımlara, müharibələrə aparan təkamül nəzəriyyəsinin əsl qoruyucusu masonluqdur.

Təkamül nəzəriyyəsini bugünkü formada irəli sürən və bu yalanın insanlar arasında yayılmasında təşəbbüs göstərən Çarlz Darvinin babası Erasmus Darvin Şotlandiyada 2 saylı “Canongate Kilwinning”  lojasına mənsub məşhur masondur. Ç. Darvin də babası ilə eyni lojadandır və 27-ci dərəcəli masondur. Ç. Darvinin qardaşları da masondur.

Darvinin fikirlərinin yayılmasından sonrakı 150 il boyu bütün dünyada Allah`a inamın zəifləməsinin, ateistlərin çoxalmasının, dünyanın böyük qarışıqlıq və degenerasiyanın içinə girməsinin, dünya müharibələrinin baş verməsinin, cəmiyyətdə nifrət və qəzəbin yayılmasının, kütləvi qırğınların, cinayətlərin çoxalmasının, soyqırım, irqçilik kimi cəmiyyəti fəlakətə aparan fikirlərin yayılmasının səbəbi bu yalanın masonik darvinist diktatorluq idarəçiliyi altında dünyanın hər təbəqəsinə, məktəblərə və dövlət hakimiyyətinə yerləşməsidir.

Qaniçən kommunist və faşist liderlər Darvinin təkamül nəzəriyyəsinə olan bağlılıqları və heyranlıqları ilə məşhurdurlar. Bu şəxslər dünyada fitnə, qarışıqlıq, zülm sistemi qurarkən özlərinə təkamül nəzəriyyəsini mənbə seçdiklərini bildirməkdən əsla çəkinməyiblər. Bundan əlavə, sözügedən qaniçən liderlərin hamısı masondur.

Kütlələri qana bulayan kommunizmin banisi Karl Marks Darvinin kitabı “Növlərin mənşəyi” ilə bağlı: “Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab elə budur”, - deyərək özünə Darvinin təkamül nəzəriyyəsini əsas götürdüyünü açıq şəkildə ifadə etmişdir.7  Marks Alman “Grand Orient” lojasına aid 32-ci dərəcəli masondur. Ateist olması ilə tanınan Marks yəhudi əsilli olduğuna görə, həmişə narahat olmuş və “Yəhudilərsiz dünya” adlı kitabından musəvilərə və Allah inancına olan qəzəbini açıq şəkildə ifadə etmişdir.

Marksın fikirlərini özlərinə əsas götürmüş, Darvin və təkamül nəzəriyyəsinə heyranlıqları ilə tanınan milyonlarla insanın qətlinə səbəb olmuş Lenin və Stalin də eyni şəkildə masondur. Lenin “Grand Orient” lojasına, Stalin isə “Gül Xaç” lojasına aid masondur. Stalin 60 milyon insanın həyatını itirməsinə səbəb olduğu təxmin edilən hakimiyyəti boyu təkamül təbliğatına böyük əhəmiyyət vermişdir. Tərcümeyi-halında bu sözlər yer alır:
Məktəblərdəki şagirdlərimizin zehnini yaradılış fikrindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Yerin yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini.

Kommunist İnqilabının Leninlə birlikdə digər banilərindən biri olan Leon Trotski isə “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” şərhini vermiş digər darvinistdir. Leon Trotski, eyni zamanda, “Grand Orient” lojasına aid masondur. Trotski Rusiyadan sürgün edilərək Cənubi Amerikada məskunlaşdıqdan sonra Latın və Cənubi Amerika bölgələrində “Grand Orient” lojalarının birləşdirilməsi vəzifəsini həyata keçirmişdir. Bu günə qədər Kuba da daxil olmaqla, Cənubi Amerikadakı kommunist qiyamların hamısı bu lojalar tərəfindən təşkil edilmişdir.

Eyni şəkildə, Çin kommunizminin banisi Mao Tse Tunq da Çin sosializminin təməlinin Darvinə və təkamül nəzəriyyəsinə əsaslandığını açıq şəkildə bildirən qaniçən kommunist liderdir. Mao Tse Tunq da “Grand Orient” lojasına aid masondur.13  Mao Tse Tunqun Darvinə əsaslanan Çin sosializm tarixinin ən repressiyaçı və qanlı rejimlərindən biridir. O dövrdə Çin saysız-hesabsız siyasi edama səhnə olmuşdur. Sonrakı illərdə isə Maonun “Qızıl mühafizəkarlar” adlandırdığı gənc hərbiçilər ölkəni əsl terror məkanına çevirmişdilər.

Çin hələ də eyni kommunist sistemin təsiri altında qanlı diktatorluğunu davam etdirir. Son dövrlərdə Çində Uyğur türklərinə tətbiq edilən soyqırım və edamlar Maonun öz ifadəsi ilə Darvinin təkamül nəzəriyyəsinə əsaslanan, eyni batil və kirli masonik sistemin təsirinin davam etdiyini açıq şəkildə göstərir.

Bu şəxslərin hamısı darvinistmasondur. Bu şəxslər Quran, Tövrat və İncilə qarşı olan, Allah`a təkəbbür göstərən dəccal komitəsidir.
Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsizliyə, müharibələrə sürükləyən Darvin, onun məsləhətçisi olan babası Erasmus Darvin, milyonlarla insanın ölümünə səbəb olan və darvinizmi dəstəkləyən kommunist ideologiyanın qaniçən liderləri yüksək dərəcəli masonlardır. Bu gün heç bir elmi dəlili olmamasına baxmayaraq, təkamül nəzəriyyəsi bütün dünyada qanunlarla qorunur və dəstəklənir.

Gənclər bu batil nəzəriyyəni öyrənmək, müəllimlər də müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinə qarşı çıxanlar dərhal vəzifələrindən azad edilir, susdurulurlar. Çünki dünyanı qana bulayan, cəmiyyətə dinsizliyi aşılamağa çalışan bu batil ideologiya dəccalın, yəni masonluğun ən mühüm qalasıdır. Qaniçən kommunist və faşist liderlərin bu nəzəriyyəyə möhkəm bağlı olduqları və Darvinin təlimlərini tətbiq edərək milyonlarla insanın qanını tökdükləri nəzərə alındıqda, bu dəccal komitəsinin dünya səviyyəsindəki təsiri başa düşülür.