İnkarın ardındakı qəbul

Darvinistlərin inkar üslublarının ardındakı gizlədə bilmədikləri etiraf müxtəlif elm adamları və şəxsən darvinistlər tərəfindən belə ifadə edilir:

Bioloq Uilyam Fiks:

Tədqiqatın ön planında olan elm adamları klassik darvinizmə ölümcül zərbə vurmuşdur. Bu xəbəri birbaşa insanlara çatdıra bilmirlər, buna ancaq mövzu ilə əlaqədar xüsusi məqalələrində və gizli tövsiyələrində gizlədirlər.

Darvinist antropoloq Robert A. Martin:

1972-ci ildə Amerika Təbiət Tarixi Muzeyindən N.Eldric və Harvard Universitetindən S.C.Quld  “sıçrayışlı təkamül” fikrini irəli sürən bir məqalə dərc etdirdilər. Təkamül yavaş, nizamlı və mərhələli şəkildə inkişaf edirdisə, bu təqdirdə, növlərarası bütün ara keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmağın bu qədər çətin olmasının səbəbi, əslində, mövcud olmamalarıdır.

İlinois Universitetinin ekologiya fakültəsindən darvinist T. H. Frazzetta:

Hər keçən il təkamülün olduqca bəsit fikirləri məhvə doğru irəliləməkdə davam edir.

Fransız darvinist Jan  Pier Lehman:

Keçmişdəki klassik halı ilə darvinizm artıq xarabalığa çevrilmişdir.

Elmi redaktor darvinist Qordon R. Taylor:

Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə əlaqələndirilən canlı quruluşlarının və mükəmməl uyğunluqda olan davranışların açıqlanması üçün təsadüflərin kifayət etmədiyini göstərir. İki amerikalı bioloqun qısa müddət əvvəl açıqladığı kimi: əsl tapmaca, daha doğrusu, təkamül mexanizminin nə olması probleminə heç bir həll yolu tapılmamışdır.
Qısaca desək, bir əsrdən daha uzun müddət boyu biologiya sahəsində hakim olan ehkam çökür.

Fizika professoru darvinist H.S.Lipson:

Canlı varlıqların hər hansı xüsusiyyətinin əmələ gəlməsini açıqlama baxımından təkamül nəzəriyyəsindən həmişə bir az şübhələnmişəm (məsələn, zürafənin uzun boynu). Buna görə, keçən otuz ildən artıq bir zaman ərzində bioloji kəşflərin təkamül nəzəriyyəsinə uyğun olub-olmadığını anlamağa çalışdım. Lakin uyğun olduğunu düşünmürəm... Mənim fikrimcə, bu nəzəriyyə artıq məhv olmuşdur.

Ekologiya və təkamül biologiyası üzrə professor darvinist E.O.Uiley:

(Norman) Makbet təkamülə yeni düşüncə tərzi ilə baxmağımızı və insanlara lazım gələrsə, özümüzə darvinizm və sintetik nəzəriyyə haqqında şübhələrimiz olduğunu, buna görə də mübahisəyə hazır olduğumuzu etiraf etməyimizi məsləhət görür. Məncə, bunlar mükəmməl məsləhətlərdir.

Jurnalist Lari Uisam:

Bir çox elm adamından müsahibə aldım. Öz aralarında və ya etibar etdikləri jurnalist ilə danışdıqda “bu qədər mürəkkəb kompleksliyə malik” və ya “molekulyar biologiya böhran içində” kimi ifadələr işlədirlər, amma bunu cəmiyyət içində açıq şəkildə dilə gətirə bilmirlər.

Elə darvinizmin gəldiyi son nöqtə budur. Darvinistlər illərlə ciddi cəhdlə müdafiə etdikləri nəzəriyyələrindən artıq şübhələnirlər. Darvinizmin dünya yalanı artıq sona çatmışdır.
Darvinizmin coşqun tərəfdarları bəlkə də indiyə qədər Allah inancına qarşı girdikləri bu müharibədə (Allah`ı tənzih edirik) məğlub olacaqlarını düşünmürdülər. Sahib olduqları mənbələr, təsir etdikləri kütlə, sehrlədikləri insanlar və bəzi dövlətlərin dəstəyi zahirən özlərini güclü görmələrinə səbəb olurdu. Təkamül nəzəriyyəsinin təhsil müəssisələrində tədris edilməsi, yeni yetişən gənclərin təkamül tədrisi ilə böyüyüb həyat boyu onun təsirində olmasını təmin edirdi. Dünyanın qabaqcıl qəzetləri, jurnalları, televiziya kanalları daima darvinizm təbliğatı aparır, həm də bir çox ölkədə səlahiyyətli nümayəndələr darvinizmə dəstək olurdular. Son vaxtlarda olduğu kimi, ölkələri təmsil edən Avropa Parlamenti kimi səlahiyyətli orqanlar asanlıqla darvinizm lehinə qərarlar qəbul edib onları rahatlıqla qüvvəyə mindirirdilər.

Lakin artıq bu metodlar darvinistlərə fayda vermir.

Dövrümüzün keçmişdən fərqi bu idi ki, darvinistlər beynəlxalq konfranslarda verilən bu qərarların keçmişdə insanlara təsir etməsi və darvinizm sehrinə düşmüş insanları daha artıq darvinizmə yaxınlaşdırmaq məqsədinə çatmışdılar. Lakin hal-hazırda Avropa Şurasının iclasında Yaradılış Atlası kürsüdə havaya qaldırılaraq bu kitaba qarşı necə mübarizə aparılması müzakirə edilmiş və darvinizmin məğlubiyyətindən doğan qəzəb açıq şəkildə hiss edilmişdir.

Bütün bunlar, şübhəsiz ki, məğlubiyyətin göstəricisidir. Bunlar darvinizmə qarşı aparılan elmi və ağıllı elmi mübarizənin təsirli olduğunu göstərir. Təkamülçü professor Ümit Sayın Science jurnalına verdiyi müsahibədə Harun Yəhya əsərlərinin təsiri ilə düşdükləri vəziyyəti bu sözlərlə ifadə etmişdir:

Artıq yaradılışçılara qarşı bir müharibə yoxdur. Müharibədə onlar qələbə çaldılar. 1998-ci ildə Türkiyə Elmlər Akademiyasından altı professoru yaradılışçılara qarşı danışmaları üçün motivasiya etmişdim. Artıq bu gün bircə nəfəri belə motivasiya etmək mümkün deyil.

Əlbəttə, heç kim doğru olmadığını bilə-bilə, ifşa olduğunu görə-görə darvinizm yalanını konfrans salonlarında izah etməyə girişməyəcəkdir. Çünki darvinistlərin yaradılış həqiqətinə qarşı gətirəcəkləri bircə dəlil və ya elmi izah yoxdur.

Darvinizm sehrinin təsirinin məhv olması, şübhəsiz, darvinizmi tam olaraq aradan qaldırmışdır. Çünki bu batil din dəccalın sehr sistemi ilə davam etdirilməyə çalışılır. Dəccalın sehri məhv olduqda isə nəzəriyyənin elmi əsası olmadığına görə, artıq nəzəriyyəni yaşadacaq heç bir ünsür qalmamışdır. Dəccali sistem olan masonluğun darvinizmi yaşatmaq üçün istifadə edəcəyi heç bir metod artıq işə yaramayacaqdır. Keçən əsrlərdə insanların ciddi cəhdlə müdafiə etdikləri dünyanın nəhəng tısbağanın belində dayanması hekayələri hal-hazırda bizə nə qədər məntiqsiz gəlirsə, darvinizm də gələcək nəsillər üçün eyni şəkildə komediya ünsürü olacaqdır. İnsanlar Nobel mükafatı almış professorların, universitet müəllimlərinin, elm adamlarının belə bir komediyaya necə inandıqlarını və belə bir cəfəngiyatın ardınca necə sürükləndiklərini anlamayacaqlar. XX əsr bütün darvinist elmi kütlələr üçün rüsvayçılıq əsri kimi xatırlanacaqdır.