Darvinistlər təkamül nəzəriyyəsini inkaredilməz göstərirlər

Adətən, nəzəriyyə irəli sürülür, elmi cəhətdən təsdiqlənir və ya təkzib edilir. Elmi cəhətdən qəbul edilir və ya inkar edilir. Big Bang (Böyük partlayış) nəzəriyyəsi elmi nəzəriyyədir və təsdiqlənmişdir. Bu nəzəriyyəni dəstəkləyən dəlillər qarşısında irəli sürülən əks məntiqlərin əsassızlığı aydındır. Heç kim digər ehtimalların sübut edilməsi məsələsi üzərində dayanmır. Çünki əldə konkret elmi faktlar var. Konkret dəlillər digər ehtimallara qarşı bu elmi nəzəriyyəni təsdiq etmişdir.

Təkamül nəzəriyyəsi isə elmilik iddiası ilə irəli sürülmüş nəzəriyyədir və nəzəriyyənin cəfəngiyat olması saysız-hesabsız dəlil ilə sübut edilmişdir. Nəzəriyyəni təsdiqləyən heç bir dəlil tapılmır. Bütün elmi kəşflər nəzəriyyənin fərziyyə kimi irəli sürüldüyünü və heç bir əsaslılığının olmadığını hər gün təkrar-təkrar sübut edir. Normal şərtlər daxilində bu nəzəriyyə çox əvvəllər inkar edilib aradan qaldırılmalı idi. Ancaq nədənsə belə olmamışdır. Tam əksinə, təkamül nəzəriyyəsi saxta dəlillərlə, elmi nəzəriyyə adı altında dərsliklərə daxil olmuş, televiziya kanallarında, sənədli filmlərdə, mətbuat orqanlarında müdafiə edilmişdir. Hətta Avropa Şurası ciddi cəhdlə bu nəzəriyyəni qorumağa çalışmış, bu nəzəriyyənin elmi olmadığını sübut edən dəlillərin ortaya qoyulması üçün müraciətləri dəhşət və qorxu ilə qarşılamışdır.

Müxtəlif ölkələrin məhkəmələri təkamülə qarşı gətirilən və tədris planında yer alan təklifləri qətiyyətlə rədd edir. Çox yaxın tarixdə bir federal hakim dünyəvi məktəblərdə darvinizmi tənqid etməyin ali qanuna zidd olduğunu açıqlayacaq qədər irəli getmişdir. Darvinin öz kitabında da bəhs etdiyi təkamülün çətinliklərinin dərsliklərə əlavə edilməsi fikri darvinist kütlələri dəhşətə gətirmişdir. Qısaca desək, darvinizm demək olar ki, bütün dövlətlər tərəfindən müdafiə edilən, çox vaxt dövlətin dəstəyi ilə yaşadılmağa çalışılan yeganə “elmi” nəzəriyyədir. Bu kütlələr yaradılış həqiqətinin  məktəblərdə öyrədilməsi ilə təkamül cəfəngiyatının ifşa ediləcəyi üçün böyük səylə mane olmağa çalışırlar. Çünki darvinizm bu batil dinin qanunlarına əsasən, inkaredilməzdir. Eyni şəkildə, darvinizm bütün dünyada faşist darvinist diktatorluq tərəfindən müdafiə edilir.

Yazıçı An Kulter bu həqiqəti aşağıdakı sözləri ilə dilə gətirir:
Təkamül nəzəriyyəsini müzakirə etməkdən çəkinmək üçün darvinizmin coşqun tərəfdarları daima (öz ağıllarına görə) “lazımsız” həqiqətləri sanki ehtiyat hissə kimi müzakirədən kənarlaşdırırlar. Təkamülü inkar etməyin sanki Günəşin şərqdən doğmasını inkar etmək kimi bir şey olması təsəvvürünü verirlər.

Darvinist diktatorluğa əsasən, darvinizmi inkar etmək sanki cinayətdir. Darvinizmin batil din kimi mənimsənildiyi və mənimsədilməyə çalışıldığı ölkələrdə bu sanki vətənə xəyanət kimi görünür. Heç kim elmi dəlillərin nəzəriyyəni təkzib etdiyini, nəzəriyyənin artıq heç bir əsaslılığının qalmadığını açıq şəkildə deyə bilmir. Darvinizmi mübahisəsiz həqiqət kimi qəbul etmək sanki şərtdir. Riyaziyyat üzrə professor Volfqanq Smit bir təkamülçü kimi bu vəziyyəti belə açıqlamışdır:

Bizə doqmatik cəhətdən təkamülün qəbul edilmiş həqiqət olduğu deyilir. Amma bunu kimin, hansı yollarla qəbul etdiyi heç vaxt deyilmir. Bizə tez-tez bu doktrinanın sübuta əsaslandığı deyilir və bu sübutun da bundan sonra ediləcək bütün təsdiqləmələrin fövqündə olması və eyni şəkildə təcrübələrlə əldə edilən sonrakı bütün təkziblərdən uzaq olduğu  bildirilir. Ancaq bizi bu sübutun harada olması ilə bağlı mühüm sual qarşısında tamamilə qaranlıqda qoyurlar.

Darvinizmin inkarının qarşısını alınır, çünki, əks təqdirdə, batil darvinizm dininin müdafiəçilərinin heç bir əsası olmayan bu nəzəriyyəni yaşada bilmək üçün yolu qalmayacaq. Yalan uca səslə deyilir və bunun yalan olduğunu iddia etmək cinayət hesab edilmir. Elmilik iddiası ilə irəli sürülən nəzəriyyə elmdən tam mənada uzaq, rəsmi və açıq şəkildə inkarı qeyri-mümkün batil, ehkamçı inanc sisteminə çevrilmişdir. Əsl diqqət çəkən cəhət isə bunun göz görə-görə, heç çəkinmədən edilməsidir.

Bu, o dərəcəyə çatdırılmışdır ki, Roma papası öz evində darvinizmi müdafiə edən konfranslar verməyə məcbur olmuşdur. Kilsələr Darvindən üzr istəməyə məcbur ediliblər. Universitet professorları təkamülü mühakimə edən əsərlərinə görə vəzifələrindən azad edilmiş, işdən uzaqlaşdırılmışlar. Bu böyük təkid bir çox ölkədə uğurla nəticələnmiş, xüsusilə yuxarı mövqelərdə təkamül qəti şəkildə mübahisəsiz qəbul edilmişdir.
Darvinizmin inkaredilməzliyini təmin etmək üçün darvinistlər lazım olan hər yola əl ata bilərlər. Təkamül nəzəriyyəsini inkar edən sübutları ört-basdır edir, təkamülün əsassızlığını sübut edən dəlilləri təhrif edib dəyişdirərək və insanları açıq şəkildə aldadaraq təkamülün dəlili kimi göstərə bilərlər. Eynilə, Çarlz Dulitl Uolkotun 70 il boyu Kembri fosillərini gizlətdiyi kimi.

Öncədən darvinist qəbul və şərtlənmə darvinistləri çox məntiqsiz şeyləri  müdafiə etməyə və bu məntiqsizlikləri bəzən ifadə etməyə məcbur edir. Yuxarıdakı sözündə təkamülçü bioloq elmi dəlillər, məntiqli sübutlar olmasa da, təkamülün doğruluğuna əsla şübhəsi olmayacağını açıq şəkildə bildirir. Bu da bir daha göstərir ki, təkamül nəzəriyyəsinin müdafiə edilməsinin səbəbi elmi faktlar və tapıntılar deyil. Belə olduqda, qəbul edilməli bir aydın həqiqət var: təkamül batil, saxta, aldadıcı dindir.
Riyaziyyatçı və filosof Uilyam A. Dembski darvinistlərin təkamülü inkaredilməz göstərmələrini bu sözlərlə ifadə edir:

Darvinçi mühafizəkarlıqdan şübhələnmək stalinçi rejimin partiya idarəsinə qarşı çıxmaqla müqayisə edilə bilər. Stalinin Rusiyasında olsaydınız və Lisenkonun haqsız olduğunu irəli sürmək istəsəydiniz, nə edərdiniz? Lisenkonun genetika nəzəriyyəsindəki ziddiyyətləri və gərginlikləri bildirə bilərsiniz, amma Lisenkonun tamamilə haqsız olduğunu deyə bilməzsiniz və ya Lisenkoya açıq şəkildə müxalif olan alternativ təqdim edə bilməzsiniz. Hal-hazırda içinə düşdüyümüz vəziyyət budur.

Darvinist diktatorluğun təzyiqi ilə darvinizmin inkar edilə bilməməsi bəzilərini darvinizmin doğru və qəbul edilmiş nəzəriyyə olduğuna dair qənaətə gətirmişdir. Çünki insanların böyük əksəriyyəti elm adamlarının bir cəfəngiyatı müdafiə etməyəcəyini, televiziya və mətbuatın bir yalanı dəstəkləməyəcəyini düşünərək yanılırlar. Əgər bu bir yalandırsa, mütləq bunu ifşa edən birinin olduğunu düşünürlər. Lakin ifşa etməyə çalışan hər səs müxtəlif təzyiq üsulları ilə susdurulmuşdur.

XX əsrdə təzyiq və məcburiyyətlə davam edən diktatorluq ənənəsi dövrümüzdə də yenə eyni şəkildə davam edir. Hələ də bir çox elm adamı işlərini itirmə qorxusu ilə təkamül nəzəriyyəsinə qarşı çıxmır, ailələr uşaqlarının təkamülü öyrənməsinə qarşı çıxdıqda mütləq təzyiq və təhdid ilə qarşılaşırlar. Lakin təkamül nəzəriyyəsi istənilən qədər məktəblərdə öyrədilsin, istənilən qədər təkamülə qarşı olan elm adamları susdurulsun, təkamülün yalan olduğunu görən zehinlərdə əmələ gələn aydınlanmanı heç bir darvinist məcburiyyət və təzyiq dəyişdirə bilməyəcəkdir. Bu gün Avropa Şurası uşaqların məktəblərdə təkamülü öyrənməsini şərt qoymuşdur. ABŞ-ın bir çox əyalətində tədris planında təkamüldən kənar şərhlərə yer verilməsi qadağandır. Çində, Rusiyada, demək olar ki, bütün Asiya ölkələrində, hətta bəzi müsəlman ölkələrdə belə təkamül nəzəriyyəsi tədris planının ayrılmaz hissəsidir.

Bunu da bildirmək lazımdır ki,  nəzərdə tutulan və tənqid edilən darvinistlərin təzyiq edici və senzuraçı təfəkkürüdür. Məktəblərdə gənclərə tarix dərsi kimi təkamül haqqında məlumat verilə bilər, ancaq bununla bərabər təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut edən yüzlərlə dəlil də gənclərə öyrədilməlidir. Gənclər zorla, tək tərəfli, təzyiq edici şəkildə  təhsil almamalı, onlara elmi kəşflər tərəfsiz şəkildə təqdim edilməli, doğru olanı ağılları və vicdanları ilə görmə və öyrənmə haqqına malik olmalıdırlar.

Ancaq bunu da xatırlatmaqda fayda var; bu zorakı mövqe darvinistlər tərəfindən öz ağıllarına görə nə qədər böyük qələbə kimi görünsə də, əslində, dəhşət və qorxunun ifadəsidir. Avropa Şurası kimi darvinist düşüncəyə malik quruluş darvinizmin çökməsindən ilk dəfə bu qədər böyük təşvişə düşmüşdür. Avropada illərdən bəri yaradılışı izah edən, təkamülün əsassızlığını ifadə edən müxtəlif əsərlər nəşr olunur, konfranslar təşkil olunur və müxtəlif fəaliyyətlər görülür. Ancaq heç biri Avropaya Harun Yəhyanın nəhəng əsəri “Yaradılış atlası” qədər təsir etməmişdir. Bu təsirin səbəbi atlasda ortaya qoyulan elmi kəşflərin inkarı mümkün olmayan şəkildə təkamülün əsassızlığını nümayiş etdirməsidir. Artıq Avropadakı bütün tələbələr təkamül nəzəriyyəsinin gündəmə gətirilən 350 milyondan çox fosil ilə məhv edildiyini bilirlər.

Çox asan girə bildikləri bircə internet səhifəsindən milyonlarla il əvvələ aid saysız-hesabsız canlının fosil rəsmini görür və canlıların təkamül keçirmədiyi qənaətinə gəlirlər. Saysız-hesabsız əsər və məqalə vasitəsilə darvinist saxtakarlıqları və təkamül nəzəriyyəsinin heç bir tutarlı dəlilinin olmadığını öyrəniblər. Darvinizm haqqındakı həqiqətlər asanlıqla əldə edilə bilir. Belə olduqda darvinizm üçün edilən bütün qadağalar və təkidlər artıq tamamilə təsirsizdir. Darvinistlər bundan yüz il əvvəlki təsirlərin yenidən əmələ gələcəyinə ümid edərək eyni çürük taktikaları tətbiq edirlər. Lakin dəccalın oyununun həqiqi üzünün tamamilə üzə çıxdığını unudurlar. Uca Allah bir ayəsində belə buyurur:

Yoxsa pis əməllər edənlər Bizdən gizlənə biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər! (Ənkəbut surəsi, 4)