Darvinistlər elmdən istifadə edir, elmi göstəriş edirlər

Elm darvinizmin istifadə etdiyi ən böyük maskadır. Darvinizm elm adı altında ortaya çıxmışdır. Darvinistlər də: “Elm adamlarıyıq”, - deyə ortaya çıxmışdır. Darvinizmə qarşı göstərilən hər cür reaksiya elmlə mübarizə kimi təqdim edilmişdir. Təkamül nəzəriyyəsi haqqında hər cür şübhə bir növ geri qalmışlıq və ya elm düşmənçiliyi kimi göstərilmişdir. Darvinistlərin hər cür saxta dəlili elmi kəşf kimi insanlara tanıdılmışdır. Başqa sözlə, darvinizm 150 ildir ki, elmdən istifadə edir.

Bəs darvinizm elmdirmi?

Darvinizm bir yalandır. Elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm insanları bir yalana alışdırmaq və ona inandırmaq üçün göstərilən səydir. Elm darvinizmin sığınacağıdır. Darvinizm elmdən istifadə edərək toxunulmazlıq əldə edir. Saxtakarlıqları elm adı altında müdafiə edir. Saxta dəlillər irəli sürən, uşaq nağılları danışan darvinistləri elm adamı kimi tanıdır. Darvinizmin yalan olduğunu başa düşən və buna qarşı mübarizə aparan insanları da elmə xəyanət etməklə günahlandırır. Darvinizmin ən böyük silahı elmdir. İndiyə qədər də insanları elm maskasının altında gizlənərək aldatmışdır. Elmdən istifadə edərək insanları aldatmaqda davam edir. Darvinist elmi jurnallarının, darvinist sənədli film kanallarının, darvinist elm adamlarının bundan istifadə etməsinin səbəbi budur.
İngilis paleontoloq təkamülçü Derek V. Eycer bu məsələ ilə bağlı bunları deyir:

Hamımız bilirik ki, bir çox təkamülçü təşəbbüs müəyyən paleontoloqlar tərəfindən aparılan beyin fırtınalarından ibarətdir. Kitabxanadakı bir taksonomist (canlıların bioloji təsnifatı ilə məşğul olan şəxs) milyonlarla illik genetik mutasiyadan daha artığını bacarar.

Bu ifadə çox doğrudur. Məktəb dərsliklərində, qəzetlərdə, jurnallarda, televiziyalarda bəhs edilən “ibtidai” dünya, mutasiyalar və təbii seçmə ilə əmələ gələn canlı növləri, xəyali ortaq əcdad, “inkişafı tamamlanmamış” qəribə canlılar kimi təkamül hekayələri sadəcə darvinist elm adamlarının öz təxəyyülündəki hadisələrdir. Təbii seleksiya yolu ilə illərdir fərz etdikləri heç bir nəticə əldə edə bilməyiblər. Derek V. Eycerin də dediyi kimi, genetik mutasiyalar da onlara bu nəticəni verməmişdir. Amma bu elmi həqiqətləri inkar edib eyni saxta iddiaları müdafiə etməkdə davam etmək, onların fikrincə, darvinizm yalanının dünyaya yayılma ehtimalını çətinləşdirir. Elə buna görə, darvinistlər elmi terminlərdən darvinist yalana elmi don geyindirmək üçün istifadə edirlər. Ortada tamamlanmış və təkamülün lehinə nəticə vermiş elmi təcrübə və ya elmi dəlil yoxdur. Sadəcə tez-tez istifadə edilən elmi terminlər və formullar var. Hər hansı darvinist müəllifin kitabında bu qəribə terminlərə və ya kimyəvi formullara tez-tez rast gəlmək mümkündür. Mövzu haqqında məlumatsız olan bir insan bu kitaba baxdıqda, həqiqətən də bir elm adamının elmi kitabını oxuduğunu zənn edər. Lakin görünüş aldadıcıdır. Bu kitabda bəhs edilən yeganə şey canlı varlıqların kor təsadüflər nəticəsində əmələ gəlməsi və bu günki  vəziyyətlərinə kor təsadüflər nəticəsində gəlmələri nağılıdır. Darvinist yazıçının bunun barəsində bəhs edəcək yeni elmi dəlili yoxdur. Kimyəvi terminlər və formullar darvinizm yalanını yalnız tamamlamaq, öz ağıllarına görə həqiqi göstərmək üçündür.

Darvinistlərin elmdən istifadə etmək üsullarına bir misal təkamülçü paleontoloq S. M. Stanleyin bu sözləridir:

Təkamül kiçik, lokal populyasiyalarda sürətlə baş verir, buna görə, fosillərdə təkamülü görə bilmərik.

Bu sözlər yalandır. Lokal populyasiyalarda baş verən təkamüldən bəhs edilir, lakin dəlil yoxdur. Hətta dəlilin tapılmayacağı etiraf edilmiş, amma bu da elmi göstərilməyə çalışılmışdır. İşin əsli isə bundan ibarətdir: fosillərdə təkamülə rast gəlinmir, çünki təkamül heç vaxt baş verməyib.

Milli Elmi Təhsil Mərkəzinin (National Center of Science Education - NCSE) rəhbəri E.C. Skott isə bu mövzu ilə bağlı bu açıqlamanı vermişdir:

Bir çox orta məktəb dərsliyi (hətta təəssüf ki, bəzi kolleclər) nəzəriyyələri sınaqdan keçirilmiş hipotezlər kimi açıqlayırlar, sanki hipotezlər təsdiqlənmiş nəzəriyyələrdir və əsl mənada çox yaxşı nəzəriyyə onlar üçün qanuniləşmiş kimidir. Təəssüf ki, elm adamları bu terminləri bu şəkildə istifadə etmirlər, bir çox insan elm adamı deyil və elm adamları da bu terminlərin mənasını tələbələrə və ictimaiyyətə yaxşı izah edə bilməmişdir.

Bu şərtlər daxilində yalnız ona göstərilən və izah edilənləri bilən bir insan əgər düşünüb qabaqcadan əmələ gəlmiş mənfi rəysiz dəyərləndirmə gücü yoxdursa, darvinizmin əsaslı olduğuna asanlıqla inana bilər. Çünki darvinizm təlqin metodu ilə oxucunun istəyinə bir növ qarşılıq vermişdir. Canlıları öz ağlına görə bəsit şəkildə izah etmiş və buna elmi demişdir. Mühakimə edilməsinə ehtiyac olmadığını, onsuz da doğru olduğunu və sübut edildiyini demişdir. Elm adamlarının bunu dəstəklədiyini və həmçinin elmin canlılar haqqında yeganə açıqlamasının bu olduğunu, bundan başqa açıqlamaların qeyri-elmi olduğunu bildirmiş və bunu bütün dünyanın qəbul etdiyini demişdir. Bu yalanlarla tarixin ən böyük saxtakarlıqlarından birini inşa etmişdir. Darvinizmi heç bilməyən, onun necə yalan olduğuna dair heç bir fikri olmayan və yalnız bu izahları eşidən bir şəxs üçün də bu səthi açıqlamalar onu inandırmağa kifayət edir.

Lakin bu şəxs aldığı təlqinin hər anında aldadılır. Onsuz da darvinizmi qəti şəkildə məhv edən və yaradılış həqiqətinin dəlili olan 350 milyondan çox fosil darvinistlər tərəfindən ehtiyatla ört-basdır edilmiş, canlıların əsasını təşkil edən zülalların birinin belə təsadüfən əmələ gəlməsinin riyazi cəhətdən qeyri-mümkün olması insanlardan gizlədilmişdir. Bu səbəbdən, sözügedən yalanın hüdudlarını bilməsi də mümkün olmamışdır. Aldadılan şəxsin bilmədiyi şey budur: darvinizm elmi deyil, elm deyil. Darvinizm araşdırılmış və doğru olduğuna dair elmi dəlillərin olmadığı məlum olmuş, yalan olduğu sübut edilmişdir. Darvinizmi dəstəkləyən elm adamları bunu batil din, ideologiya kimi görən fanatik və ehkamçı insanlardır. Elmin canlılar haqqındakı yeganə izahı yaradılış həqiqətidir. Darvinizmin bütün dünya tərəfindən qəbul edilmiş kimi görünməsinin ardındakı səbəb də bu saxta təlqin metodları, bu aldadıcı təbliğat üsullarıdır. Bəzən elm adamları belə bu yalana inanıb qəflətə düşürlər. İngilis paleontoloq Colin Pattersonun bu məsələ ilə bağlı etirafı diqqət çəkir:

Sonra oyandım və bütün həyatım boyu darvinizmi hər hansı bir yolla sübut edilmiş bir həqiqət olduğunu zənn edərək aldadıldığımı başa düşdüm.

Sistemdəki ortaq əcdad hipotezlərinin təsirinin cansıxıcı olduğunu və məlumat çatışmazlığından qaynaqlandığını deyil, eyni zamanda, bunun qəti şəkildə elmə qarşı olduğunu düşünürəm.

Bununla bağlı digər nümunəni sənədli film prodüseri Brian Leyt verir:
Son on il yeni bioloq qrupu ərsəyə gəldi. Onlar elmi baxımdan hörmətli hesab edilirlər, amma darvinizm haqqında böyük şübhələri var.

Amerikalı iqtisadçı Ceremi Rifkinin “Təkamül nəzəriyyəsi bizim təhsil sistemimizin ən mühüm hissəsinə daxil edilmişdir və onu lazımsız sui-istifadələrdən qorumaq üçün ətrafında bəzəkli divarlar hörülmüşdür” sözünü haqlı çıxaran başqa mühüm sübut isə darvinist elm adamlarının saxtakarlıqları görməməzliyə vurmağı yenə elmin adından etmələri və həqiqət üzə çıxsa belə, bundan çəkinib utanmamalarıdır. Məqsəd mütləq və mütləq hər hansı yolla insanları aldatmaq olduğu üçün dünyanın ən məşhur elm adamları heç çəkinmədən, göz görə-görə bu yalanı müdafiə edirlər. Conatan Uels buna belə bir misal çəkir:

Hekelin saxta rüşeym rəsmlərindən illərlə xəbərdar olan elm tarixçisi Cey Qulda nə demək olar? Quldun təhsil verdiyi tələbələr Hekelin rüşeymlərini təkamülün sübutu kimi göstərən dərsliklərdən biologiyanı öyrəniblər. Buna baxmayaraq, başqa bir bioloqun 1999-cu ildə buna etiraz etməsinə qədər Quld heç səsini çıxarmayıb. Ondan sonra da Quld dərsliyin müəlliflərini səhvə görə təqsirkar gördü və etiraz xarakterli pıçıltını yayan yaradılışçını (“Leigh” Universitetinin kimyaçısı) vəzifəsindən kənarlaşdırdı. Burada ən böyük məsuliyyət kimə aiddir – saxta rəsmlərdən düşüncəsizliklə təkrar-təkrar istifadə edən dərsliyin müəlliflərinə, onlardan şikayət edən insanlara, yoxsa özünün “akademik cinayət” adlandırdığı fakta iş yoldaşları bilmədən ortaq olarkən özündən razı şəkildə kənardan vəziyyəti izləyən, dünya səviyyəsində məşhur mütəxəssisə?

Hekelin rüşeymləri ilə bağlı həqiqətlə müqayisə edildikdə pulcuq qanadlı güvələrin (sənaye kəpənəkləri) qüsurlu olması ancaq yaxın dövrdə başa düşülmüşdür, ona görə, bəlkə də dərslik müəlliflərini onu dərsliklərə əlavə etdiklərinə görə qınamamaq olar. Pulcuq qanadlı güvələr üzərində tədqiqat aparan hər bioloq güvələrin ağac gövdələrinə qonmadığını, dərsliklərdəki rəsmlərinin qondarma olduğunu on ildən çox bilirdi. Əgər elm özünü düzəldirsə,  nə üçün mütəxəssislər dərsliklərdən uydurma fotoşəkilləri çıxarmaq üçün cəhd göstərmirlər?

Darvinistlərin elmdən istifadə etmələri, həm də bu məqsəd üçün guya elmin müdafiə və mühafizəsini öz boyunlarına götürmə görünüşü vermələri, şübhəsiz, böyük saxtakarlıqdır. Əslində, darvinizm iddiasının tam əksinə elmə qarşı hərəkət edir. Elmi dəlilləri ört-basdır etməyə çalışır. Laboratoriyalarda həyata keçirilən təcrübələrin üzə çıxardığı nəticələrə müxalif olan iddiaları müdafiə edir. Əldə edilən fosillər ara formaların heç mövcud olmadığını sübut edərkən canlıların özlərindən əvvəl saysız-hesabsız ara forma qoyaraq bir-birlərindən təkamüllə törədikləri yalanını irəli sürür. Elm saxtakarlığı darvinizmlə birlikdə ortaya çıxmış anlayışdır. Darvinistlər elmi muzeylərdən, elmi KİV-lərdən istifadə edərək bu saxtakarlıqları bilə-bilə heç çəkinmədən insanlara təqdim edirlər. Elmi kitab və jurnallardan istifadə edir, heç vaxt baş verməmiş təkamül tarixi nağılını bu KİV-lərdə danışırlar. Heç vaxt mövcud olmamış qəribə bir canlının şəklini çəkir, bunu tarixi keçmiş kimi göstərməyə çalışırlar. Elm əleyhdarı olan bu din elmilik adı altında ən böyük yalanlardan birini söyləyir.

Belə böyük bir yalanın dəstəkçisi olmalarının səbəbi, şübhəsiz ki, darvinistlərin dəccaliyyətə kor-koranə bağlılıqlarıdır. Dəccali sistem insanları yalana yönləndirən batil sistemdir.