Masonlar tərəfindən dəstəklənən Darvin

Darvinizmin masonluğun ən böyük oyunlarından biri olması həqiqətini nəzərə çatdıran mühüm nümunə mason iclasında verilmiş qərardır. Parisdəki 33-cü dərəcəli Mizraim Mason Ali Şurasının iclaslarında təkamülün elm kimi dəstəklənməsi qərarını verərkən, əslində, bir tərəfdən də özləri o nəzəriyyəni ələ salırdılar:

Elə bu (təkamül nəzəriyyəsinin elmiliyi) fikirdən istifadə edərək biz heç dayanmadan mətbuat vasitəsilə bu nəzəriyyələrə kor-koranə inanılmasını təmin edəcəyik. İntellektuallar... savadları ilə özlərini tərifləyəcəklər və hər hansı məntiqli sübuta ehtiyac hiss etmədən elmdən əldə edə bildikləri bütün məlumatı bunun üçün sərf edəcəklər, bizi təmsil edən mütəxəssislər onların zehinlərini bizim istədiyimiz istiqamətdə yönəltməyimiz üçün bütün hissələri hiyləgərliklə birləşdirdilər. Bir anlıq bunların boş sözlər olduğunu düşünməyin: darvinizm üçün təşkil etdiyimiz uğurlar üzərində diqqətli düşünün...
Amerikadakı masonluq da Mizraimin bu qərarını çox keçmədən mənimsədi. “New Age” jurnalı 1992-ci ilin mart ayında masonluğun hakimiyyətinin “təkamül və insanın təkmilləşməsi” sayəsində qurulacağını bildirmişdir.

Diqqət edilsə, təkamül nəzəriyyəsinin indiki saxta elmi görünüşü 33 dərəcəli mason lojalarında müəyyən edilib qərarlaşdırılmış oyundur. Masonlar özləri belə, gülünc hesab etdiyi bu yalana elmi don geydirmək üçün özlərinin istədiyi kimi davranan elm adamlarını, özlərinin istiqamətləndirdiyi mətbuatdan istifadə edəcəklərini açıq şəkildə bildirirlər.

Masonlar darvinizm adından əldə etdikləri uğurlardan bəhs edərkən, əslində, bu yalanın universitetlərə, məktəblərə,  dərsliklərə, bütün KİV-lərə həqiqət kimi daxil olmasını, antidarvinist mövqedə olanların susdurulmasını, antidarvinist fəaliyyətlərin təzyiq yolu ilə dayandırılmasını nəzərdə tuturdular. Masonların darvinizm üçün əldə etdiyi bu saxta uğurlar dövrümüzdə elə səviyyəyə gətirilmişdir ki, ingilis kilsəsi Darvindən üzr istəməyə, Roma Papası öz evində darvinizm lehinə konfranslar verməyə məcbur edilmişdir. Dünyaya hakim olan dəccal sistemi masonluq lojasında qərar verib tətbiq etdiyi bu batil sistemi bu cür təsirli etmişdir.

Masonluğun darvinizmlə əlaqəsinin başqa mühüm dəlilini isə Darvin dövründə Darvinin ən böyük tərəfdarı və Darvinin “buldoqu” kimi tanınan Tomas Hakslinin fəaliyyətlərindən anlamaq mümkündür. Haksli İngiltərənin ən mühüm elm qurumlarından biri olan Kral Akademiyasının (Royal Society) üzvü idi və bu qurumun bütün digər üzvləri kimi mason idi.  Kral Akademiyası və ya tam adı ilə Təbiət Elminin İnkişafı üzrə London Kral Akademiyası (The Royal Society of London for The
İmprovement of Natural Knowledge) 1662-ci ildə qurulmuşdur. Qurumun bütün üzvləri istisnasız masonlardan ibarət idi.

Heç bir şəxsi uğuru olmamasına baxmayaraq, çox gənc yaşda Kral Akademiyasına üzv götürülən Haksli bu masonik təşkilat baxımından əhəmiyyətli edən şey Darvinin yaxını və ən böyük tərəfdarı olması idi.

Kral Akademiyasının digər üzvləri də həm kitabını nəşr etməzdən əvvəl, həm də nəşr etdikdən sonra Darvinə böyük dəstək verdilər və kömək etdilər. Bu masonik qurum Darvin və darvinizmə o qədər sahib çıxdı ki, bir il sonra eynilə Nobel mükafatları kimi hər il uğurlu hesab etdiyi elm adamlarına “Darvin medalı” təqdim etməyə başladı.

Qısaca desək, özü də mason olan Darvin tək deyildi. Nəzəriyyəsini irəli sürdüyü andan etibarən təşkilatlı şəkildə dəstəkləndi. Bu təşkilati dəstək əsasını masonların təşkil etdiyi sosial sinif və qruplardan gəlirdi. Marksist mütəfəkkir Anton Pannekoek “Marksizm və darvinizm” adlı kitabında bu mühüm həqiqətdən bəhs edir və burjuaziyanın, yəni avropalı gənc kapitalist sinfinin darvinizmi dəstəklədiyini belə izah edir:

Marksizmin əhəmiyyətini və mövqeyini sadəcə proletar sinfi mübarizəsindəki roluna borclu olduğu hamıya məlumdur... Darvinizmin də marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən obyektiv yanaşma ilə müzakirə olunaraq və sınaqdan keçirilərək qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, darvinizm ilk addım atan kimi həvəskar dəstəkçiləri və qatı düşmənləri olmuşdur. Darvinin adı nəzəriyyəsini az anlayan insanlar tərəfindən ucaldılmışdır... Darvinizm də sinfi mübarizədə rol oynamış və bu rol sayəsində sürətlə yayılmış, coşqun tərəfdarlar və amansız düşmənlər qazanmışdır.

Bu iddia masonların təkamül nəzəriyyəsinə nə üçün əhəmiyyət verdiklərini açıq şəkildə göstərir. Onların məqsədi insanın və bütün canlıların təsadüfən əmələ gəlməsi fikrini zehinlərə yerləşdirmək, beləliklə, insanlara bu batil materialist fəlsəfəni əsaslı göstərməkdir. Allah`ı inkar etməyin (Allah`ı tənzih edirik) və təsadüfləri saxta ilah kimi insanlara qəbul etdirməyin tək üsulu isə onların fikrincə təkamül nəzəriyyəsidir. Elə buna görə, masonluq hansı yolla olarsa-olsun, təkamül nəzəriyyəsini dəstəkləyir, müdafiə edir, cəmiyyətdə yaymağa çalışır və saxtakarlıqla və ya zorakılıqla da olsa, mütləq qoruyur. Dünyada bu yalanın israrla və böyük fanatikliklə qorunmasının və dünyaya hakim olan darvinist diktatorluğun qurulmasının səbəbi elə budur.