Darvinistlər ara fosil olduğunu təlqin edirlər

150 il boyu yalanı doğru kimi göstərməyi qarşısına məqsəd qoymuş, təkamül nəzəriyyəsinin saysız-hesabsız saxtakarlığını həqiqət kimi insanlara təqdim etmiş, saxta fosilləri uzun illər nümayiş etdirmiş və bu yalanı məktəb tədris planına daxil edib həqiqət kimi oxutmuş darvinistlər üçün darvinizmin ara fosillərlə dəstəklənməsi kimi yalana da insanları inandırmaq çətin deyil. Darvindən bəri davam edən bu yalan şəxsən Darvinin sonradan ara fosillərin tapılacağına dair boş vədləri ilə başlamışdır. Əslində, Darvin dövrümüzdən 150 il əvvəl bunu demişdi və sözü doğru çıxmışdır.

Əgər, həqiqətən, növlər digər növlərdən yavaş inkişafla törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət qarışıq halda deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqəsində gömülmüş halda tapa bilmirik? Nə üçün hər geoloji forma və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geoloji cəhətdən yaxşı dərəcələndirilmiş proses üzə çıxmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.

Darvin doğru demişdi. Öz dövründə tapılmayan ara fosillər sonrakı illərdə də tapıla bilməmişdir və bu həqiqət Darvinin nəzəriyyəsini qəti olaraq məhv etmişdir. Darvinistlər də bu prosesdə 150 il əvvəl mövcud olmayan xəyali ara fosillərin mütləq bir gün tapılacağı inancını insanlara təlqin etməyə çalışmışlar. Texnologiya və inkişaf edən elm ara fosillərin varlığını tələb etdikdə isə həll yolunu saxtakarlıqda görmüşdülər. Bu gün təkamül nəzəriyyəsinin öyrədildiyi bütün biologiya dərslikləri, bütün darvinist yayımlar, darvinizm tərəfdarı olan mətbuat təkamül nəzəriyyəsi üçün həyatı əhəmiyyəti olan ara fosil nağılını danışarkən bu saxta dəlillərə yer verir. Bu KİV-lər hələ də Archaeopteryx-i, Coelacanth-ı, Hekelin saxta rüşeym rəsmlərini, ağac gövdəsinə yapışdırılmış sənaye kəpənəklərini, insan kəlləsinə oranqutanq çənəsinin yapışdırıldığı Piltdaun  adamını, bir qabanın azı dişinə əsaslanaraq ailəsi ilə birlikdə rəsmləri çəkilmiş Nebraska adamını, meymun adam formasında təsvir edilən, ancaq bir insan irqi olması başa düşülən Neandertal adamını, meymun olduğu elmi cəhətdən sübut edilmiş Lusini və saxtakarlıq olduğu başa düşüldüyü üçün elmi ədəbiyyatdan çıxarılmış kəllə sümüklərini dəlil kimi göstərirlər. Darvinizmin XXI əsrdə düşdüyü aciz vəziyyət məhz budur.

Çox vaxt darvinist mənbələrdə bu ifadəyə tez-tez rast gəlirsiniz: “Təkamülü sübut edən ara fosillər o qədər çoxdur ki...” Bu ifadə çox böyük yalandır. Yalnız oxucuların zehinlərinə verilən təlqindir. Başqa sözlə, klassik darvinist metod tətbiq edilir və yalan inandırıcı edilmək üçün yüksək səslə və israrla, dəfələrlə deyilir.

Lakin təkamül nəzəriyyəsini sübut edən heç bir ara fosil də yoxdur. Darvinist elm adamları, əlbəttə, elmin göstərdiyi bu açıq-aydın həqiqəti çox yaxşı bilirlər. Ara fosil olmadığına görə, təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyət də onlara məlumdur. Lakin ehkamçı düşüncə tərzləri darvinistləri nəyin bahasına olsa da, təkamül nəzəriyyəsini yaşatmağa məcbur edir.

Belə ki, darvinistlərə yaxın keçmişdə bununla bağlı müraciət edilmiş, əllərində olan bircə ara fosili dünyanın ən məşhur meydanlarında nümayiş etdirmək tələb olunmuşdur. Amma bunun əvəzində həmişəki kimi dərin sükut olmuşdur. Lakin əgər iddiaları doğru olsaydı, əgər canlı növləri bir-birlərindən yavaş inkişafla təsadüfi mərhələlərlə milyonlarla illik proses nəticəsində təkamül keçirərək əmələ gəlsəydi, onda darvinistlərin əllərində bir dənə deyil, milyonlarla, hətta trilyonlarla ara fosil olmalı idi. Amma darvinistlər “bircə ara fosil gətirin” müraciətinə belə cavab verə bilmirlər. Çünki əllərində heç bir ara fosil yoxdur. Elə darvinistlərin şövqlə irəli çıxıb bircə dənə ara fosil üzə çıxara bilməmələrinin səbəbi də budur.

Təkamülçü paleontoloq Mark Çarneçki mövzu ilə bağlı bu etirafı edir:
Nəzəriyyəni (təkamülü) sübut etməyin qarşısındakı ən böyük maneə hər dövrdəki kimi fosillər olmuşdur... Bu fosillər heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini üzə çıxarmamışdır. Növlər ani surətdə əmələ gəlir və yenə ani şəkildə yox olurlar. Bu gözlənilməz vəziyyət növləri Allah`ın yaratdığını müdafiə edən düşüncəyə dəstək verir.
Təkamülçü geoloq Karlton E. Brettin etirafı isə belədir:

Yer üzündə həyat zaman ərzində, yavaş-yavaş və mərhələ-mərhələ əmələ gəlib? Fosillərin bu suala cavabı: “Xeyr”dir.

Darvinizm sehri 150 il boyu o qədər sistemli şəkildə insanlar üzərində təsirli olmuşdur ki, insanlar olmayan bir şeyin varlığına inandırılmışdır. Heç kim: “Milyonlarla ara fosil olmalıdır, bunlar haradadır?” - deyə soruşmamışdır. Heç kim: “Qazıntılarda ortaya çıxan 350 milyondan çox fosil daim mükəmməl görünüşlü, tamamilə təkmil canlılara aiddir, lakin bunların heç biri ara fosil deyil”, - deməmişdir. Heç kim nə üçün ara fosil görünüşü altında daima bir neçə müəyyən canlının rəsmi ilə qarşılaşdığını, ən məşhur elm adamlarının belə bu uydurma fosillərdən başqa göstərəcək bir şeyləri olmadığını, doktorluq dissertasiyaları üçün hazırlanan kitablarda belə nə üçün ancaq bunların mövzu kimi götürüldüyünü araşdırmamışdır. Bundan əlavə, heç kim ön plana çıxarılan bu bir neçə fosilin də ara forma xüsusiyyətini göstərmədiyini və bunun elmi cəhətdən sübut edildiyini bilmirlər. Xülasə, darvinizm sehrinə tutulan, demək olar ki, heç kim, darvinizmi dəstəkləyən heç bir dəlil olmadığını bilmir. Çünki bu həqiqət bu sehrin memarı olan darvinistlər tərəfindən ustalıqla və hiyləgərliklə gizlədilməyə çalışılmışdır.

Lakin “ara fosil var” yalanı nə qədər uzunmüddətli və nə qədər israrla deyilsə də, əgər insanlar əldə edilən həqiqi fosillərin varlığından xəbərdar edilsələr, bunların bu gün yaşayan canlılardan heç bir fərqi olmadığını başa düşsələr, onda, şübhəsiz, yalanın təkrarlanmasının heç bir dəyəri qalmaz. Hal-hazırda dəccalın oyunu olan darvinizmin vəziyyəti belədir. Darvinistlər insanları ara fosillərin olduğu yalanına inandırmaq üçün cəhd göstərərkən tam və mükəmməl görünüşlü milyonlarla illik canlıları göstərən fosillər insanlara açıq-aşkar göstərilir, fosil sərgiləri, internet və “Yaradılış atlası” yolu ilə nümayiş etdirilir. İnsanlar gözləri ilə gördüklərinə inanır, illərlə aldıqları darvinist təlqinə şübhə edirlər. Artıq darvinistlərin “ara fosil var” israrları heç bir işə yaramır. Dəccalın oyununa düşmüş darvinistlərin insanları aldatdıqları artıq dünya səviyyəsində başa düşülmüşdür. Bu yalanın davam etdirilməsi artıq mümkün deyil. Rəbbimiz bir ayəsində belə buyurur:

Xeyr, Biz batili haqla rədd edərik (haqqı batilin üstünə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o, yox olub getmişdir. (Allah`a) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)