Darvinizm və materializm bütün canlıları ibtidai göstərməyə çalışır

Darvinizm sehri insanların düşünməsinə mane olmaq üzərində qurulmuşdur. Darvinistlər elə bu səbəbdən tez-tez əyani və səsli təlqinlə xitab etdikləri insanların başını qatmağa çalışırlar. Onların üzərində sanki bir sehr təsiri əmələ gətirərək insanları həqiqətlərdən uzaqlaşdırmağa cəhd göstərirlər. Darvinizmin bu tez-tez baş verən sehrli təlqinləri nəticəsində bir çox insan düşünməkdən, tədqiq etməkdən, araşdırmaqdan əl çəkir və onlara təqdim edilən “elmi” açıqlamalara istər-istəməz təslim olurlar.

Lakin maraqlısı budur ki, insanların başını qatan və düşünməsinə mane olan bərbəzəkli təlqinlərin kökündə, əslində, bəsit və ağıldan kənar məntiq var. Darvinist KİV-lər bir hüceyrənin əmələ gəlməsini saysız-hesabsız elmi və texniki termindən istifadə edərək yüzlərlə səhifədə izah edə bilərlər. Lakin izah etmək istədiklərinin xülasəsi budur: palçıqlı su + təsadüflər + zaman = canlılar! Bərbəzəkli sözlər, çətin başa düşülən latınca adlar, texniki cəhətdən mürəkkəb terminlər darvinist təlqin vermək üçün KİV-lərə qəsdən daxil edilir. Lakin darvinist izahların ardında mürəkkəb, kompleks, çətin başa düşülən məntiq və ya açıqlama əsla yoxdur.

PBS Nova TV kanalının “The Miracles of Life” (Həyatın möcüzələri) sənədli filmindən bir hissə bu mövzuya misaldır:

4.5 milyard il əvvəl yeni əmələ gələn Yer kosmik toz və zərrəciklər yığınından ibarət idi. Əvvəlcə, mövcud olan dənizlərlə demək olar ki, tamamilə örtülmüşdü. Güclü küləklər atmosferdən təsadüfi molekulları topladı. Bunların bəziləri dənizlərdə toplandı. Cərəyanlar və axınlar molekulları birləşdirdi və bu qədim okeanın bir hissəsində həyat möcüzəsi baş verdi... İbtidai həyatın ilk mürəkkəb canlısı kiçik bir protozoan idi (tək hüceyrəli heyvan). Milyonlarla protozoan qədim dənizlərdə birləşdilər. Bu ilk orqanizmlər dəniz suyundan ibarət dünyalarında öz-özlərinə kifayət edirdilər. Sudan ibarət bu mühitdə bakteriya və digər orqanizmlərlə qidalanaraq hərəkət edirdilər... Bu tək hüceyrəli canlılardan yer üzündəki canlılar təkamüllə əmələ gəldi.

Bu qəribə açıqlamaları izləyən bir çox insan hüceyrəni əmələ gətirən bir zülalın təsadüfən əmələgəlmə ehtimalının 10950–də 1, yəni qeyri-mümkün olduğunu, şübhəsiz, bilmirdi. Bu insanlar yəqin ki, üstündə yaşadığımız möhtəşəm müvazinət və ideallığa malik planetdə nizama təsir edəcək hər hansı dəyişikliyin və ya formanın təsadüfən əmələgəlmə ehtimalının 101000 –dən daha çox olduğunu, yəni nə qədər zaman verilsə də, əsla belə bir dəyişikliyin baş verməsinin mümkün olmadığını da bilmirlər. Eyni tamaşaçı yəqin ki, haqqında bəhs edilən həyat möcüzəsinin əmələ gəlməsi üçün daha böyük ehtimalların baş verməli olduğunu və bunun qeyri-mümkünlüyünün daha çox olduğunu da bilmir. Bu fantastik ssenarini izləmək və ona inanmaq mövzu haqqında məlumatı olmayan insanlar üçün çox da çətin deyil.

Bu PBS sənədli filmində Yerin əmələ gəlməsi, ilk hüceyrənin meydana gəlməsi haqqında fantastik hekayə və bu xəyali ilk hüceyrənin başlanğıc verdiyi canlı müxtəlifliyi o qədər sadə hadisə kimi izah edilir ki, bütün bunlar mövzu haqqında çox düşünmək istəməyən bir insanı inandırmağa kifayətdir. Bu şəxsin qarşısına hazır məlumat qoyulmuşdur. Bu insan nə də olsa

  • bir zülalın təsadüfən əmələ gəlməsinin mümkün olmadığını,
  • bunun ardınca da ikinci, üçüncü, dördüncü, nəhayət bir milyonuncu zülalın da eynilə qeyri-mümkün təsadüfi əmələgəlmə ehtimalının olmadığını,
  • qeyri-mümkün olmasına baxmayaraq, təsadüfən əmələ gəldiyini fərz etsək belə, dünyanın bir tərəfində fantastik şəkildə əmələ gələn ilk zülalın dünyanın digər tərəfində fantastik şəkildə əmələ gələn ikinci zülal ilə birləşməsinin də eynilə qeyri-mümkün olduğunu bilmir.

Bu mərhələyə qədər hər şeyin çox sadə baş verdiyini zənn edən bu şəxs

  • ehtimal hesablarına əsasən, təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan hüceyrə orqanoidlərinin meydana gəlməsini,
  • bu möcüzəvi şəkildə ortaya çıxmış orqanoidlərin hüceyrə əmələ gələn qədər məhv olmadan birlikdə qalmalarını,
  • ardınca mükəmməl seçici-keçirici qılafı və qeyri-adi sistemi ilə laboratoriyalarda elm adamlarının təcrübələrində belə əmələ gətirilə bilməyən, elm adamları tərəfindən bir qalaktikadan daha mürəkkəb kimi tərif edilən hüceyrənin palçıqlı suyun içində fantastik şəkildə təsadüfən meydana gəlməsi nağılını müsbət qarşılayacaqdır.

Çünki bu tamaşaçının qarşısında ona təqdim edilən məlumatları düşünmədən asanlıqla qəbul edən bir şəxs üçün olduqca sadə açıqlama var. Həm də bu açıqlamanı bir elm adamı tanınmış sənədli film kanalında verir. Artıq onun verilən məlumatı mühakimə etməsinə, tədqiq edib araşdırmasına, zülalın möcüzəvi sistemi üzərində düşünməsinə ehtiyac yoxdur. Bu sənədli filmi izləyən insana hüceyrənin sadəcə adi qovuqcuq olduğunu təlqin edirlər. Bu elmdən kənar bəsit məntiqə əsasən, uzun müddət açıq qalmış bir az meyvə şirəsinin üzərində necə kif əmələ gəlirsə, sözügedən tamaşaçıya da hüceyrənin palçıqlı suyun içində qeyri-mümkün əmələ gəlməsinin də sadə və mümkün olması təsəvvürü verməyə çalışılır.

Lakin kif tək hüceyrəli canlıdır və meyvə şirəsinin üzərində kənardan gələn bir hüceyrənin çoxalması nəticəsində əmələ gəlir. Ona görə, onlar da meyvə şirəsinin üzərində öz-özlərinə kor təsadüflər nəticəsində yoxdan var olmurlar. Yeri gəlmişkən, sözügedən sənədli filmdə xəyali ilk hüceyrənin əmələ gəlməsi ilə bərabər Yerin əmələ gəlməsi, ilkin atmosferin əmələ gələn ilk hüceyrəni dərhal məhv etmə gücü, protozoanların çoxhüceyrəli canlılara necə çevrildiyi və hal-hazırda bakteriyalar var ikən protozoanın bu fantastik ibtidai həyatın necə “ilk canlıları” olması kimi həyati əhəmiyyət daşıyan məsələləri açıqlamağa darvinistlər ehtiyac hiss etmirlər. Bunlar bu elmdən kənar sadə açıqlama çərçivəsində onsuz da “əsas” məsələlər kimi qəbul edilir. Lakin bu təfərrüatların hər biri təkamül nəzəriyyəsi məntiqi ilə elmi cəhətdən açıqlanması əsla mümkün olmayan məsələlərdir və darvinizmi məhv edən əsas məsələ olan həyatın mənşəyi məsələsidir. Növlərin necə əmələ gəldiyi, meymunabənzər xəyali varlıqların insana necə çevrildiyi haqqında kitablar dolusu nağıl danışan darvinistlər hələ həyatın mənşəyi sualına cavab verə bilmir.

İnsanların bir qismi təfərrüata varmadan, doğru olanı araşdırmadan sadəcə eşitdiklərini qəbul etməyə meyllidir. Darvinistlər də sözügedən insanların bu zəif cəhətindən istifadə edirlər. İnsanların böyük əksəriyyəti darvinistlərin bu aldadıcı tələsinə düşərək onlara məntiqli görünməsə də, elmi dəlil görməsələr də, dərhal darvinizmi qəbul etməyə meyil edirlər. Buna görə, darvinistlərin bəsit və qeyri-mümkün açıqlamaları 150 ildən bəri müəyyən kütlə üzərində məqsədinə çatmış və insanlar aldadılmışdır.

Bu məsələyə başqa misal isə uşaqlar üçün yazılmış “Wonderful Egg” (Qəribə yumurta) kitabındakı izahlardır. Kitabda olduqca məntiqsiz ssenarili bir hekayə danışılır. Ana dinozavr yumurtlayır və təəccüblü şəkildə yumurtanın içindən ilk quş çıxır. Dinozavr anadan doğulan quş zaman ərzində inkişaf edir, böyüyür və möcüzəvi şəkildə mükəmməl qanadlara və tüklərə malik olur. Sonra uzun bir ağacın budaqlarına doğru sevinclə uçmağa başlayır. Burada maraqlı olan və bəlkə də hadisənin darvinistlər üçün ən faciəvi tərəfi bu heyrətli cəfəngiyatı danışan kitabın Amerika Elmi İnkişaf Assosiasiyası (American Association for the Advancement of Science), Amerika Təhsil Şurası (American Council on Education) və Beynəlxalq Uşaq Maarifləndirmə Assosiasiyası (Association for Childhood Education International) tərəfindən dəstəklənməsi və tövsiyə edilməsidir.

Sözügedən KİV-lər belə iddialarla ortaya çıxaraq və ya bunu dəstəkləyərək çox alçalırlar. Əlbəttə, bir sürünən yumurtasından tamamilə fərqli anatomik quruluşa, uçma qabiliyyətinə, buna uyğun üzvlərə, tük, qanad, istiqanlılıq, xüsusi ağciyər sistemi kimi tamamilə fərqli fizioloji formalara malik olan bir quşun çıxmayacağını ibtidai sinif şagirdi belə yaxşı bilir. Lakin buna baxmayaraq, darvinist ideologiyanın tərəfdarları gülünc vəziyyətə düşəcəklərini bildikləri halda, bu məntiqsiz iddianı müdafiə etməkdən çəkinmirlər.

Elmi redaktor darvinist Qordon Rattri Taylorun bununla bağlı etirafı darvinizmin təqdim etdiyi bəsit məntiqin yanlışlığını ən doğru şəkildə açıqlayır:

Təkamül tarixi bu cür dəyişikliklərlə doludur, hətta ancaq bunlardan ibarət olduğunu da deyə bilərik. Pulcuqlar tüklərə çevrilir. Ayaqlar qanad olur. Mədələr hava kisələrinə çevrilir. Hətta biokimyəvi proseslər səviyyəsində dəyişikliklər və nizamlamalar meydana gəlir. Darvinizmin bu möcüzələr haqqında deyəcəyi tək şey isə bütün bunların təsadüf əsəri olmasıdır.

Missouri Universitetindən doktor Nikolas Komninellisin kitabında yer verdiyi bir qəzet məqaləsində isə bu açıqlanır:

Təkamül nəzəriyyəsi böyüklər üçün sehrli nağıldır. Bu nəzəriyyə elmin inkişafına heç bir töhfə verməmişdir. İşə yaramayan bir nəzəriyyədir.