Əsrin ən batil dəccali sistemi: darvinizm

Bu gün dünyada din əleyhinə olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının əmələgəlmə və təməlini təşkil edən düşüncə isə darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki dinə çevrilmişdir.

Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Səid Nursi də bu açıqlaması ilə diqqət çəkmişdir:

Təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlıq iddia edəcək dərəcəyə çatacaqdır. (Allah`ı tənzih edirik)

Bədiüzzamanın “təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) cərəyan” şəkildə ifadə etdiyi kimi, darvinizm təbiətə müstəqil güc verən, bütün canlıların təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən (Allah`ı tənzih edirik), insanları Allah`a imandan uzaqlaşdırmağa çalışan təlimdir. Peyğəmbərimizin (s.ə.v) hədislərinin toplandığı və hədislərin açıqlamalarının yer aldığı “Kütubi-Sittə müxtəsəri tərcümə və şərhi” adlı kitabda isə bu mövzu belə izah edilmişdir:

Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və ən mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bəzi humanist düşüncə tərzi və dəyərlər dinin yerini almağa çalışacaqdır. Bu yeni din insanın üzərində mövcud olan hər cür İlahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə əsas götürür... Əsas ilahı maddə və insan olan dindən kənar dindir. (Allah`ı tənzih edirik)

Darvinistlər təkamül nəzəriyyəsini hər dövrdə saxta dəlillərlə elmi göstərməyə çalışmışdır. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edirlər. Ancaq darvinizm bu iddiasının heç bir mərhələsini sübut edə bilməmiş, buna baxmayaraq, elmi göstərilməyə çalışılan batil inanc sistemidir. Darvinizmə görə, bu xəyali inkişafın ən böyük xəyali mexanizmi təsadüflərdir. Təsadüflər darvinizmin saxta ilahıdır. Darvinistlərə görə, bu saxta ilah imkansız olanı gerçəkləşdirmək gücünə malikdir.

Darvinistlərə əsasən, bu saxta ilah bir qədər palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirib onlarda heç yoxdan ağciyər əmələ gətirir. Darvinistlərə görə, bu saxta ilah insanı meymundan törəyən canlı hesab edir, insana ağıl, hafizə, qabiliyyət kimi bacarıqlar verir, yer üzündə heç cür təqlid oluna bilməyən insan şüurunu yoxdan var edir. Belə ki, təsadüflər bütün bunları fantastik şəkildə edərkən necə olursa planlı, ağıllı davranır, səhv etmir, hətta lazım gəldikdə dərhal tədbir görür. Darvinin təkamül nəzəriyyəsinə görə təsadüflər ağıl və nəzarət gücü olan saxta yaradan hökmündədir. (Allah`ı tənzih edirik)

Təsadüfləri bütləşdirmiş bu batil nəzəriyyə ağılsız və məntiqsiz iddialarla hər cür demaqogiya və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Bunun səbəbi dəccaldır. Peyğəmbərimizin (s.ə.v) hədislərində bu yalanın mənbəyinin dəccal olduğu bildirilmişdir.

Dəccalı təsvir edən bir çox hədisdə müxtəlif bənzətmələrlə tərif edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri kimi dəyərləndirildikdə mövzu daha da aydın olur. Məntiqsiz və əsassız iddialarla üzə çıxan, insanları inkara aparan, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq əmələ gəlməsinə şərait yaradan hər cür ideologiya və düşüncə sistemi dəccalı təmsil edir. Darvinizm hədislərdə tərif edilən bu dəccali sistemə əsaslanan əsas ideologiyadır. Allah bir ayəsində dəccalın batil sisteminə tabe olanları belə tərif edir:

Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Qəmər surəsi, 47)

Darvinizm dünyanı aldatmağa, insanları Allah`a imandan uzaqlaşdırmağa əsaslanan ideologiya olduğu üçün dəccalın tərəfdarlarına bu batil dinin dirçəldilməsi vacibdir. Elə bu səbəbdən, dəccalın himayəsinə girən bəzi şəxslər bu ideologiyanı yaşatmaq üçün indiyə qədər hər üsuldan istifadə etmişdir. Heç bir elmi dəlil olmadığına baxmayaraq, təkamül nəzəriyyəsini bütün dünyaya sübut etmiş nəzəriyyə kimi təqdim ediblər. Olmayan dəlilləri varmış kimi göstərib, fosilləri öz nəzəriyyələrinə uyğunlaşdırmaq üçün saxtakarlıq etməkdən də çəkinməyiblər. Ara keçid forma olmamasına baxmayaraq, xəyali ara keçid formalar düzəldib saxtakarlıq etmiş, bunları dərsliklərində elmi dəlil kimi tədris etmişdilər.

Təkamül əleyhinə ortaya çıxan saysız-hesabsız dəlili görməməzliyə vurmuş, insanlardan uzaq tutmuşdular. Nəzəriyyələrinin lehinə hər hansı bir dəlil olmadığına görə, saxta fosillər hazırlamış, bunları dünyanın ən məşhur muzeylərində illərlə nümayiş etdirmişdilər.
Saxtakarlıqlarının üstü açıldıqda utanmaq yerinə aldadıcı üsullarına davam etmiş, yeni saxtakarlıqlara əl atmaqdan və bunları müdafiə etməkdən çəkinməmişdilər. Tək bir zülalın belə təsadüfən əmələ gələ bilməyəcəyi elmi cəhətdən sübut edilməsinə baxmayaraq, həyatın əvvəlcə palçıqlı suda başlaması iddiasına israrla davam etmişdilər (bir funksional zülalın təsadüfən əmələgəlmə ehtimalı 10950-dir, yəni sıfırdır). Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyada yayımlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə tələbələrə öyrətmişdilər.

Darvinizm saxtakarlıq, uydurma və yalan üzərində qurulmuş inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi irəli sürüldüyü ilk gündən etibarən qədim bütpərəstlərin vəzifəsini öz üzərinə götürmüş, insanları bütpərəst etməyə çalışmış, Allah`a imandan uzaqlaşdırmaq istəmişdir. 150 il boyu insanları aldatmış, 150 il boyu insanları yalana inandırmağa çalışmışdır. Darvinizm ayaqda dura bilmək üçün saxtakarlığa ehtiyacı olan, tərəfdar əldə etmək üçün yalan söyləyən, darvinizmin yalan olması həqiqətini söyləyənləri susdurmağa çalışan batil dindir.
Allah bir ayəsində belə buyurur:

De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allah`ın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!
(Maidə surəsi, 60)

Normal şərtlərdə insanların bu cür səfeh ideologiyanın arxasınca getmələrinin, şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir hissəsi dəccalın qurduğu tələyə düşmüş, şüursuzca, necə etdiklərini, necə inandıqlarını anlamadan bu yalana inanmışdır. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Darvinizm dünyanı aldadarkən bir tərəfdən də dəccal bu hiyləgər və çirkin vəzifəsini üzərinə götürmüş, saxta və batil üsullarla insanlara yanaşmışdır. Lakin, şübhəsiz, hər batil dində olduğu kimi, bu dində də Allah`a qarşı qurulan bütün hiyləgər tələlər boşa çıxmışdır. Allah ayələrində bu həqiqəti belə bildirir:

Həqiqətən, hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver! (Tariq surəsi, 15-17)