Dəccali sistem İsa Məsih (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın zühuru üçün xüsusi yaradılmışdır

Rəbbimiz dünya həyatının sonunun yaxınlaşdığı axırzaman adlandırılan dövrdə bütün çətinliklərin, müharibələrin, terror, degenerasiya və qorxuların hökm sürdüyü bir zamanda dünyaya mübarək bir şəxsi göndərəcək və onun səbəbi ilə hər cür zülmü və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs hz. Mehdidir (ə.s). Hz. Mehdinin (ə.s) zühurunun ardınca hz. İsa (ə.s) yenidən yer üzünə gələcək və hz. Mehdi (ə.s) ilə birlikdə bütün dünyaya İslam əxlaqını hakim edəcəkdir.

Hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) çıxmasından əvvəl dünyanın böyük hərc-mərclik içində olacağı və dünyaya dinsizliyi, əxlaqi degenerasiyanı, zülmü, haqsızlığı və qan tökməni yayan dəccaliyyətin üzə çıxacağı bildirilmişdir. Allah adətullahına uyğun olaraq zidd düşüncələri birlikdə yaradır. Allah hz. Musanı yaratdıqda onun ziddi olan fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah ona qarşı çıxan Nəmrudu da yaratmışdır. Allah axırzaman dediyimiz və rəvayətlərə əsasən, yaşadığımız bu dövrdə isə masonların idarə etdiyi dəccaliyyəti və dəccaliyyətin mühüm oyunlarından biri olan darvinizmi yaratmışdır. Axırzamanda hz. İsanın (ə.s) və hz. Mehdinin (ə.s) insanları gözəl əxlaqa, imana, hüzura və əmin-amanlığa dəvət etməsinin qarşısında qarışıqlığı və qarşıdurmanı müdafiə edən, zülmkarlığı və eqoistliyi təlqin edən, insanları məhvə və həlaka sürükləyən dəccaliyyət, yəni masonluq bu məqsədlə darvinizmdən istifadə edir.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi Emirdağ Lahikası-nda hz. Mehdinin (ə.s) darvinizm və materializmə qarşı qələbə çalması ilə insanların imanına səbəb olacağını belə xəbər vermişdir:

“Çox dəfə məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimizin (s.ə.v) soyundan gələn hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. ... Birincisi: fənn və fəlsəfənin təsiri ilə maddiyyun və tabiyyun (materializm və darvinizm inancını) bəşər (bəşəriyyət) içində intisar etməsi ilə (yayılması ilə) hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini (materialist düşüncə tərzini) tam susduracaq tərzdə imanı xilas etməkdir”.

Ona görə, hz. Mehdinin (ə.s) əsl vəzifələrindən biri materialist və darvinist fəlsəfəni fikrən tam mənada aradan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların axırzamanda kütlələrə yaydığı bu batil din, Allah`ın izni ilə, hz. Mehdi (ə.s) tərəfindən elm yolu ilə yox ediləcəkdir.

Yalanla bütün dünyanı aldatmağı bacarmaları, darvinist diktatorluğun bütün dünyada saxta hegemonluq qurması darvinistləri yanıldır. Darvinistlər bu saxta uğurun Allah`ın yaratdığı imtahanın bir sirri olduğunu başa düşmədiklərinə görə, bunu həqiqi uğur zənn edərək məhv olmayacaqlarını düşünürlər. Lakin belə saxta uğurlar həqiqi və doğru olanın üzə çıxıb üstün gəlməsi üçün baş verir. Nəticədə isə mütləq Allah`ın istədiyi, Allah`ı ucaldan düşüncə qalib olub üstün gəlir.

Hal-hazırda darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti böyük məhvə doğru gedir. Çünki bu, darvinizmin qədəridir. Darvin Allah istədiyi üçün darvinizmi irəli sürmüşdür. Darvinizm Allah istədiyi üçün dünyaya hakim olmuşdur və indi bu batil inanc Allah istədiyi və Allah`ın qədərdə təqdir etdiyi vaxt çatdığı üçün köklü və böyük məğlubiyyətə uğrayır. İnsanlar Allah`ın müəyyən etdiyi qədər daxilində darvinizm fitnəsinə tabe olmuşdular. İndi də yenə Allah`ın müəyyən etdiyi qədər daxilində hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) tabe olacaqlar və bütün dünya hz. Mehdinin (ə.s) darvinizmi, materializmi, qısaca desək, bütün dəccali sistemləri aradan qaldırıb fikrən yox etməsi ilə bu batil fitnədən xilas olaraq rahatlığa qovuşacaqlar.

Bütün dəccali sistemlər məhvə və məğlubiyyətə məhkum şəkildə yaradılmışdır. Darvinizm də belədir və Allah`ın istəyi ilə böyük məğlubiyyət və məhv içindədir. Tarixin ən böyük kütləvi yalanı olan darvinizm tarixin ən böyük məğlubiyyətini yaşayır. Darvinizm tarixi gələcək nəsillərin təəccüblə xatırladığı rüsvayçılıq dövrü kimi yad ediləcəkdir.
Allah bütün varlıqları öz nəzarəti və iradəsi altında saxlayır. Başqa batil bir din qurub bu yolda səy göstərdiklərini zənn edən darvinistlər, əslində, istəyib-istəməsələr də, Allah`ın hökmünə boyun əymiş şəkildə yaşayırlar. Allah bir ayəsində belə bildirmişdir:

Necə ola bilər ki, onlar Allah`ın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (Ali-İmran surəsi, 83)

Dəccalın oyununa düşən darvinistlər də daxil olmaqla, bütün varlıqlar mütləq bir gün Allah`ın hüzurunda toplanacaqlar. Rəbbimizin qatında mühakimə olunacaq və etdiklərinə, düşündüklərinə görə sorğu-sual ediləcəklər. Hesab günü qəti həqiqətdir. Elə buna görə, masonların təsiri altına düşmüş bütün darvinistlərin həqiqətləri açıq şəkildə gördükləri bu günlərdə inadkar və qürurlu təkidlərdən əl çəkib, vicdanlarını dinləmələri və doğru yola üstünlük vermələri onları xilas edəcək mühüm yoldur. Allah`ın hökmü haqdır, mütləq həyata keçəcək və qurulmuş heç bir nizam Allah istəməsə, önə çıxmayacaqdır. Darvinizm yalanına bağlı olmaqda israr edən, bu yalanın arxasınca qaçmaqda və insanları aldatmaqda davam edən hər insan bu həqiqəti heç vaxt unutmamalıdır.

Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! Lakin kim üz döndərib inkar etsə, Allah onu ən böyük əzaba düçar edər! Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! (Ğaşiyə surəsi, 21-26)