Dəccalın qurduğu tələlər də Allahın nəzarəti altındadır

Bu həqiqət heç vaxt unudulmamalıdır: bir əsr yarımdır ki, insanları aldadan darvinizm fitnəsinin mənbəyi olan dəccal Allah`ın nəzarətində olan bir varlıqdır. Dəccaliyyətin, yəni masonluğun fitnəsi səmimi iman gətirənlər istisna olmaqla, demək olar ki, bütün insanları əhatə edən böyük fitnədir. Lakin masonların tələsi nə qədər böyük olsa da, yadda saxlamaq lazımdır ki, qurulan bütün tələlərə ən gözəl şəkildə əvəz verən uca Allah`dır. Allah insanları sınamaq, səmimi müsəlmanları üzə çıxarmaq, onları tərbiyə etmək və daha bir çox hikmət üçün şeytanın yer üzündəki fəaliyyətlərini və dolayısilə, dəccaliyyəti də qədər içində var etmişdir və dəccaliyyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Ona görə, inkar edənlərin tələləri Allah`ın izni ilə heç vaxt uğurla nəticələnməyəcəkdir. Allah bir ayəsində bu sirri belə xəbər verir:

Hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi dağları yerindən oynatsa belə, Allah qatında onlara qarşı hazırlanmış tələ  vardır. (İbrahim surəsi, 46)

Tarix boyu inkar edənlər və insanları inkara sürükləmək istəyənlər müxtəlif tələlər qurublar. Ancaq qurulan bütün tələlər Allah`ın adətullahına müvafiq olaraq pozulmuş və özləri bu tələyə düşüblər. Bu, Allah`ın bir qanunudur. Rəbbimiz ayələrində belə bildirir:

... Onlara belə bir peyğəmbər gəldikdə bu ancaq onların nifrətini artırdı. (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allah`ın adəti üzrə əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allah`ın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir surəsi, 42-43)

Eyni son dəccali sistem olan masonluğun qurduğu tələlər və onun fikir sisteminə də aiddir. Darvinizm insanları Allah`ın yolundan uzaqlaşdırmaq üçün masonlar tərəfindən qurulmuş xüsusi tələdir. Ancaq qurulan tələlər nə qədər böyük, planlar nə qədər hərtərəfli və təsirli olsa da, hamısı Allah`ın nəzarəti altındadır. Dəccal da, onun hiyləsi də ancaq Allah`ın istəyi ilə mövcuddur. “Allah istəməsə, siz istəyə bilməzsiniz” (İnsan surəsi, 30) ayəsində də buyurulduğu kimi, Allah istəməsə, heç kim bir şey istəyə bilməz. Hər hansı bir tələ qurmağa da, bu tələni həyata keçirməyə də, şübhəsiz, heç kimin gücü çatmaz.
Darvinizm hal-hazırda bu vəziyyətdədir.

Dəccalın qurduğu bu tələ Allah`ın vədinə müvafiq olaraq pozulmuşdur. Darvinistlər hazırladıqları çirkin planın əvvəldən pozulmuş şəkildə yaradıldığını bilmədiklərinə görə, təbliğatlarının təsirli olduğunu gördükdə boş yerə sevinmiş və uğur əldə edəcəklərini zənn etmişdilər. Allah`ın onları mütləq məhv edəcəyini, bütün dünyaya hökm edərkən bir anda lağlağı mövzusu olacaqlarını heç təxmin də etməmişdilər. Allah`ın yaratdığı qanunun – haqq olanın mütləq qalib gələcəyini başa düşmürlər. Tələlər uğursuzluqla nəticələndikcə yeni tələlərin ardınca qaçır, lakin bunların da pozulmuş şəkildə yaradıldığını dərk etmirlər. Əslində isə dəccalın bütün batil sistemi mütləq məğlubiyyətə uğrayacaq və uğrayır.

Allah inkar edənlərin qurduğu tələlərin özlərinə geri qayıdacağını Quranda belə bildirmişdir:

Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)

Bu gün darvinizmin müdafiəçisi olmaq biabırçılıqdır. Darvinist KİV-in yeni saxta xəbərləri daima gündəmə gətirmə səyləri, darvinistlərin çarəsizliklə konfrans verən adam axtarmaları, əllərində ara fosil olmadığına görə, ancaq xəyali rəsmlərdən ibarət karton afişalarla təkamül sərgiləri keçirməyə çalışmaları, darvinist elm adamlarının yaşayan fosil sərgilərinə və ya Yaradılış Atlası-na qarşı etirazları əbəsdir. Artıq iş işdən keçmişdir. Darvinizm elm tarixinin ən böyük məğlubiyyətinə uğramışdır. Allah`ın istəyi ilə bu tələ pozulmuşdur. Allah haqqı haqq olaraq möhkəmləndirib bütün yer üzünə hakim edəcəkdir. Allah bir ayəsində belə buyurur:

...Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir. (Şura surəsi, 24)