"Təbii seleksiya təkamülə səbəb olur" iddiası saxtakarlıqdır

Darvin 1800-cü ildə təkamül mexanizmi kimi bir məfhum irəli sürmüşdü: təbii seleksiya.
Təbii seleksiya, başqa adı ilə, təbii seçmə deməkdir. Güclü və içində mövcud olduğu şərtlərə uyğun canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, şirlər tərəfindən təhlükəyə məruz qalan zebra sürüsündə daha sürətlə qaçan zebralar həyatda qalacaqlar.

Təbii seleksiya, həqiqətən də təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq heç vaxt təkamülçülərin xəyal etdikləri kimi canlılara yeni xüsusiyyətlər əlavə etmə və yeni növ meydana gətirmə qabiliyyətinə malik deyil.

Bu mövzunu belə bir misalla açıqlaya bilərik: fərz edək ki, bir coğrafi ərazidə biri daha tüklü, digəri isə nisbətən qısa tüklərə malik iki bənzər it cinsi yaşayır. Əgər bu ərazidə havanın temperaturu ekoloji dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşərsə, uzun tüklü itlər qısa tüklü itlərə nisbətən soyuğa daha dözümlü olacaqlar. Bunun nəticəsində də uzun tüklü itlər daha çox üstünlük qazanacaq, yəni daha çox yaşayacaq, daha çox törəyəcək və rahat qidalanacaqdır. Bir müddət sonra qısa tüklü itlərin sayı da azalar və ya bu canlılar isti ərazilərə köçə bilərlər, ya da nəsilləri tamamilə kəsilər. Yəni uzun tüklü itlər təbii seleksiya ilə seçilmiş və digər növə nisbətən üstünlük qazanırlar.

Ancaq bu proses ortaya yeni it cinsi çıxarmır. Təbii seleksiya yolu ilə sadəcə onsuz da mövcud olan iki fərqli cinsdən biri üstünlük qazanır. Ortada heç uzun tüklü it yox ikən təbii seçmə nəticəsində uzun tüklü itlər əmələ gəlməmişdir. Bu itlərin zaman ərzində başqa canlı növünə çevrilməsindən də əsla söz gedə bilməz.

Qısacası, təbii seleksiya ortaya yeni növlər, yeni xüsusiyyətlər çıxarmır, sadəcə onsuz da mövcud olan növlərin həyatda qalma ehtimalı artır. Yeni növ və yeni xüsusiyyət əmələ gəlmədiyi üçün də təkamülçülərin iddia etdiyi təkamül də baş verməmişdir. Başqa sözlə, təbii seleksiyanın heç bir təkamül xarakteri yoxdur. Belə ki, Darvin özü də bu həqiqəti etiraf etmişdir:

Təbii seleksiya faydalı canlıların başlanğıc mərhələlərinin əmələ gəlməsi üçün kifayət etmir.

Tanınmış təkamülçü paleontoloq ingilis Kolin Patersonun bununla bağlı etirafı isə belədir:
Heç kim təbii seleksiya mexanizmləri ilə yeni növ əmələ gətirə bilməmişdir. Heç kim belə bir şeyin yanına belə yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur.

Təbii seleksiya yenilik gətirərək bununla növləri dəyişdirən, məsələn, bir sürünənin zaman ərzində quşa çevrilməsini təmin edən möcüzələr yaradan mexanizm deyil. Məşhur bioloq Darsi Uenvort Tompsonun dediyi kimi: “Təbii ki, seleksiyada gördüyümüz şey yaratmaq deyil, yox etmək, aradan götürmək və yanğına sürükləməkdir”.

Ona görə, darvinistlər təbii seleksiyanı təkamül mexanizmi kimi insanlara tanıtmağa çalışaraq yalan deyirlər. Təbii seleksiyanın təkamülə səbəb olmadığını özləri də bilmələrinə baxmayaraq, açıq şəkildə bu saxtakarlığı insanlara qəbul etdirməyə çalışırlar.

Darvindən qalan mirasa sahiblənmək arzusu və xəyali ssenarilərinə yeni mexanizm uydura bilməmələri onları bu köhnə iddiaya, bu böyük yalana bağlamışdır. Dövrümüzdə hələ də bu böyük yalana sahib çıxmağa çalışan darvinist elm adamları var. Bu yalanın məhv olacağını görənlər isə başqa bir yalanla ortaya çıxmışdır. Bu yalan “mutasiyalar təkamülə səbəb olur” iddiasıdır.