Saxta din: darvinizm

Darvinizmin tarixini nəzərdən keçirdikdə qarşımıza çıxan çox açıq həqiqətlər var:

  • Darvinizm elmi cəhətdən sübut edilməmiş, tam əksinə, elmi dəlillərlə təkzib edilmişdir.
  • Elə bu səbəbdən, darvinizm saxtakarlıqla yaşadılmağa çalışılmışdır.
  • Darvinist saxtakarlıqlar darvinist elm adamları tərəfindən görməzlikdən gəlinmişdir.
  • Saxta fosillər saxta olduqları ifşa edildikdən sonra belə illərlə muzeylərdə təkamülə dəlil kimi nümayiş etdirilmişdir.
  • Darvinist elm adamları saxtakarlıqların həqiqi üzünü bilmələrinə baxmayaraq, tələbələrinə bütün bunları təkamülü sübut edən elmi dəlil kimi öyrətmişdir.
  • Darvinizmi təkzib edən, yaradılışı sübut edən elmi həqiqətlər darvinist elm adamları tərəfindən gizlədilməyə çalışılmışdır. Fosillərin gizlədilməsi bunun ən böyük dəlilidir.
  • Darvinizm kütlələrə insanın ancaq bir heyvan olmasını bildirməyə çalışmış, bunun üçün saxta rüşeym rəsmləri çəkməkdən çəkinməmişdir.
  • Darvinizm canlıları üstün Yaradıcının yaratması həqiqətini inkar etmək üçün təsadüflərin “möcüzələr” meydana gətirdiyinə insanları inandırmağa çalışmışdır (Allah`ı tənzih edirik).

Bəs bu qədər saxtakarlığa səbəb nədir? Görəsən, darvinistlər elmi həqiqətlərin təqdim etdiyi doğruları qəbul etmək və darvinizmdən əl çəkmək əvəzinə nə üçün belə çətin yola baş vurublar? Elmi cəhətdən təkamül nəzəriyyəsinin sübut edilmədiyi açıq həqiqət olmasına baxmayaraq, görəsən, nə üçün bu nəzəriyyəyə sübut edilmiş təsəvvürü verməyə çalışır və nə üçün təbliğat, saxtakarlıq və yalanlara bu qədər zaman və əmək sərf edirlər? Darvinist elm adamları alçalacaqlarını, saxtakar tanınacaqlarını bilə-bilə, görəsən, niyə təkidlə təkamül uğrunda yalanlar uydurmuş və onları təhsil müəssisələrində öyrədiblər?
Bütün bunların bir cavabı var: darvinizm elm deyil. Darvinizm batil  dindir. Boş və batil inanc sistemidir. Saxtakarlıq üzərində qurulmuş ideologiyadır. Darvinistlərin bütün bu səylərinin səbəbi də bu batil dinə olan kor-koranə bağlılıqları və batil inanclarını var gücləri ilə yaşatmaq arzusudur. Darvinistlərə görə, bunun üçün lazım olan hər şey edilməlidir. Əgər bu batil din tərk edilsə, darvinistlər bütün varlıqları Allah`ın yaratdığı həqiqətini qəbul edəcəklər və saxta dinlərini tərk edəcəklər. Bu vəziyyət ziddiyyətli darvinist beyinlər üçün əsla qəbuledilməzdir. Lakin Allah`ın varlığına və birliyinə iman və Allah sevgisi insanlar üçün böyük sevincə səbəbdir. Allah`a iman insanın ağlını və anlayış gücünü qat-qat artıran, ruhunu çox dərinləşdirən böyük nemətdir. Darvinistlərin öz zəif ağıllarına görə, Allah`ın açıq-aşkar varlığını inkar etmək üçün əl atdıqları üsullar isə onları ancaq çarəsizliyə, məqsədsizliyə, saxtakarlığa və məntiqsizliyə sürükləyir.

Elə 150 ildən bəri darvinizm adından davam edən yalanların, saxta fosillərin, saxta rəsmlərin, yapışdırma kəpənək fotoşəkillərinin, saxta rüşeym sxemlərinin, elmi dəyəri olmayan saxta rekonstruksiyaların, 70 il boyunca gizlədilən Kembri canlılarının, 40 il boyu nümayiş etdirilən saxta kəllə sümüklərinin, bəzi dərsliklərdə yerini hələ də qoruyan saxtakarlıqların kökü budur. Batil təkamül dininin mənsubları bu saxta dini yaşatmaq üçün elmdən deyil, saxtakarlıqdan istifadə etməyə üstünlük verirlər. Darvinist elm adamları arasında səssiz, ancaq böyük ittifaqla bu saxtakarlıq davam etdirilir. Fransız bioloq, darvinist Pier Pol Qrass bu həqiqəti belə etiraf edir:

Bu yalan bəzən şüursuz şəkildə baş verir, lakin hər zaman olmur. Çünki bəzi insanlar məzhəbçiliklərinə görə qəsdən həqiqətləri görməməzliyə vurur və öz inanclarının qeyri-kafiliyi və yanlışlığını göstərən məlumatı inkar edirlər.

Darvinist Pier Paul Qrassın bu etirafı darvinist dairələrdə baş verən gizli birliyi ifadə edir. Dəccal sisteminə görə darvinizm heç cür inkar edilməyəcəyi üçün saxtakarlıqlara və yalanlara göz yumulmalıdır.

Darvinistlər bəzən darvinizmi din kimi mənimsədikləri həqiqətini də etiraf edirlər. Buna misal olaraq aşağıdakı bəzi nümunələri göstərmək olar (Allah`ı tənzih edirik):
“Bir insan ancaq o baxış ateizmdən ayırd edilməzsə, təkamülə uyğun dini baxışa malik ola bilər”.107 Təkamül bioloqu və genetik ateist Uill Provin.

“Təkamül... ateistlərin öz varlıqlarını qorumalarına kömək edir və onların yaradansız təkamül “dini” ilə uyğunluq təşkil edir”. Təkamül bioloqu, ateist Riçard Dokinz.
“Əslində, təkamül bir baxımdan elmi din halına gəlmişdir. Demək olar ki, bütün elm adamları bunu qəbul edir və onların bir çoxu öz müşahidələrini buna uyğunlaşdırmağa “meyilli” olmağa hazırdırlar”. Mançester Universiteti fizika professoru, darvinist H.S.Lipson
“Mənim 40 ildən çox müddət ərzində davam edən təkamülü təcrübə yolu ilə göstərmə səylərim tam mənada uğursuzluqla nəticələndi... Təkamül fikri yalnız inanca əsaslanır!”110 Bütün karyerasını canlılar arasında süni şəkildə təkamül həyata keçirməyə sərf edən Lund Universitetindən tanınmış elm adamı Heribert Nilson.

“Təbii seçma qanunları, iddia edirəm ki, elm deyil. Bu, bir ideologiyadır, həm də pis ideologiyadır və bizim həyatın tarixini açıq şəkildə başa düşməmizə mane olur. Eynilə bir-birmizə tolerant davranmağımıza mane olduğu kimi”.111 İsveçrə  Federa Texnologiya İnstitutundan geologiya mütəxəssisi darvinist Kennet Hsü.

“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görsələr və məndən bunu soruşsalar ki, dr. Dokinz, təkamülə olan inamınız, təkamüllə bağlı fəaliyyətləriniz sizi ateizmə qaytardımı? Buna “bəli” cavabı verməyə məcbur olardım... Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Lakin mən bu məsələdə, bu sahədə danışan adamların hamısından daha səmimiyəm”.112 Riçard Dokinz.

Dünyada tanınan darvinistlərin bu etirafları, şübhəsiz, mühüm həqiqətə işarə edir. Darvinistlər müdafiə etdikləri ideologiyanın yalan olduğunu bilərək ortaq, səssiz dildən istifadə edərək bu saxtakarlığı birlikdə davam etdirirlər. Bəzən etdikləri etiraf xarakterli açıqlamalar da batil darvinizm dininə bağlılıqları baxımından heç nəyi dəyişdirmir, bu sistem 150 ildir olduğu kimi, eyni şəkildə davam edir. Qəsdən edilmiş saxtakarlıqların ardı arası kəsilmir, batil darvinizm dinini yaşatmağı hədəfləyən bu yalanlara son qoyulmur.
1998-ci ildə ölən və bütün həyatını bu saxta nəzəriyyəni müdafiə edərək keçirmiş İngiltərə Təbiət Tarixi Muzeyinin qocaman paleontoloqu Kolin Patersonun aşağıdakı etirafı darvinistlərin içinə düşdükləri yalanı görmək baxımından düşündürücüdür.

On ildən çox zaman ərzində təkamüllə bağlı fəaliyyət göstərdiyimi düşündüm... (Ancaq) bununla bağlı bircə şey də bilmirəm... Son bir neçə həftə boyu müxtəlif insanlara və müxtəlif qruplara adi sual verməyə çalışdım. Sual bu idi: “Təkamül haqqında doğru olan bildiyiniz bir şey, hər hansı bir şey deyə bilərsinizmi?” Bu sualı Fild Təbiət Tarixi Muzeyinin geoloji heyətinə də verdim və aldığım tək cavab dərin sükut idi. Eyni sualı təkamülün ən nüfuzlu şəxsləri olan Çikaqo Universiteti Təkamül Morfologiyası Seminarının üzvlərinə də verdim və aldığım cavab yenə uzun sükut idi. Sonda aralarından biri bu cavabı verdi: “Bəli, mən bir şey bilirəm – bu təhsil müəssisələrində öyrədilməməlidir”.

Kolin Patersonun bu etirafı darvinistlərin açıq şəkildə bildikləri bir həqiqəti həyatları boyu gizlətməkdə və bir yalanın ardınca getməkdə heç bir problem görmədiklərini açıq şəkildə ortaya qoyur. Təkamül nəzəriyyəsinin yalan olması, əslində, bütün elmi dairələrə məlumdur. Təkamülün beyinləri yumaq məqsədi ilə məktəblərdə oxudulduğunun, təkamül haqqında çıxan bütün xəbərlərin yalan olduğunu, keçirilən konfransların, nəşr edilən kitabların, təkamül lehində saysız-hesabsız jurnalın, əslində, təbliğat məqsədi daşıdığını hamısı bilir. Darvinistlərin hər biri təbiət tarixi muzeylərində nümayiş etdirilən fosillərin təkamülə heç bir dəlil olmadığını bilirlər. “Təkamülə yeni dəlil tapıldı” xəbərlərinin uydurma, jurnallarda və qəzetlərdə çıxan təkamül rəsmlərinin isə saxta olduğunu bilirlər. Ancaq bütün bunlardan xəbərsiz kimi davranırlar. Bir-birlərinə bu saxtakarlıqları danışarkən elmi mövzu təsəvvürü verməyə çalışırlar. Amma, əslində, hamısı uydurma və saxta ideologiyanın tərəfini tutduqlarını bilirlər.

Bütün bunların səbəbi təkamülün bir inanc sistemi, batil bir din olmasıdır. Təkamülün elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm dəccalın mübarizəsinin tələbi kimi müdafiə edilir. Darvinizmi müdafiə edən bütün elm adamları, əslində, fərqinə varmadan dəccalın idarəsi altındadırlar.

Florida Dövlət Universitetindən fəlsəfə professoru darvinist Maykl Rus batil darvinizm dinini belə tərif edir:

Təkamül müdafiəçiləri tərəfindən elmdən daha artıq dəstəkləndi. Təkamül bir ideologiya, dünyəvi din elan edildi – məna və əxlaq baxımından xristianlığa alternativ olan mükəlləf bir din kimi... Təkamül bir dindir. Bu əvvəlki təkamüldə də bu formadadır və bu günki təkamüldə də hələ də bu formadadır.

Amerikalı astronom, fizik və kosmoloq Robert Castrou isə darvinistlərin kor-koranə darvinizmə bağlılıqları haqqında bunları deyir:

Bəlkə də yer üzündəki həyatın meydana gəlməsi bir möcüzədir. Elm adamları bu fikri qəbul etməyə meyillidirlər, amma seçimləri məhduddur. Ya həyat elmi anlayışdan kənar bir varlığın istəyi ilə yer üzündə yaradılmışdır, ya da bizim planetimizdəki cansız maddələrdə meydana gələn kimyəvi reaksiyalar yolu ilə öz-özünə əmələ gəlmişdir.

Birinci fikir həyatın mənşəyi məsələsini elmi tədqiqatların fövqünə yönləndirir. Bu, elmi qanunlardan uzaq olan uca Varlığın gücünə olan inamın ifadəsidir. İkinci nəzəriyyə də bir inancdır. Bu inanc isə həyatın mənşəyinin elmi cəhətdən doğru olması fikri üzərində qurulmuşdur. Lakin bu inancı dəstəkləyən heç bir konkret dəlil yoxdur.

Robert Castrounun bu sətirlərdə dilə gətirdiyi kimi, darvinizm bir inanc kimi qəbul edilmişdir, amma bu, batil inancdır və heç bir elmi tapıntı ilə dəstəklənmir. Elmin göstərdiyi həqiqət yaradılışdır. Canlıların üstün və qüdrət sahibi Ağılın, yəni uca Allah`ın əsəri olması elmi tapıntılarla bir daha təsdiqlənmişdir. Darvinizmin iddiaları isə elmin bütün sahələrində təkzib edilmişdir. Ona görə, elmə inanan bir şəxsin darvinizmi müdafiə etməsinin zəruriliyi fikri həqiqətə uyğun olmayan səhvdir.

Darvinizmin elm deyil, batil bir din olmasının məlum olması və başa düşülməsi, şübhəsiz, çox vacibdir. Beləliklə, ilk öncə darvinizmin dünyanı aldatmasının ideoloji səbəbi olduğu başa düşülər. Nəzəriyyənin irəli sürülməsindən bəri darvinizm adından edilmiş hər fəaliyyət, bu istiqamətdə atılmış hər addım, aldadılan hər insan darvinizm ideologiyasının bir hissəsi olmuşdur. Darvinizmin dərsliklərə daxil olması, bütün dünyaya yayılması, demək olar ki, bütün elmi jurnalların, qəzetlərin və televiziya verilişlərinin yeganə mövzusu olması elə-belə hadisə deyil. Bu vəziyyət, əslində, olduqca təhlükəlidir. İnsanlar bu batil dinin təsiri ilə bir-birlərini sanki heyvan kimi görür, güclünün zəifi əzməsini öz ağıllarına görə normal qarşılayır, insanı Allah qarşısında heç bir məsuliyyəti olmayan, təsadüfən əmələ gəlmiş varlıq kimi qavramağa başlayırlar. Batil darvinizm dininin təsiri ilə baş verən müharibələr, işğallar, qarşıdurmalar, kommunizm, kapitalizm, faşizm kimi ziddiyyətli ideologiyalar, dünyanın bir çox ölkəsində hələ də davam edən anarxiya və terror bu təhlükənin ölçüsünü göstərir.

Unutmaq olmaz ki, darvinizmin müntəzəm olaraq təlqin edilməsi və bütün dünyada təsirli olmasına çalışılması Allah inancına qarşı aparılan mübarizədir. Bu batil ideologiya insanı Allah`a qarşı bütün məsuliyyətlərdən uzaqlaşdırmaq və axirəti unutdurmaq məqsədini daşıyır. Allah qarşısında məsuliyyətsiz olduğunu zənn edən və axirətə inanmayan bir insanın da, şübhəsiz ki, başqalarına zülm etməsi, digərlərini amansızlıqla əzməsi, güclü olmaq üçün hər cür pisliyi öz ağlına görə normal hesab etməsi, xudbin olması, qarşıdurmanı inkişafın yolu kimi gördüyü üçün müharibələrə təkan verməsi, kütlələri məhv etməsi, müxtəlif etnik qruplara qarşı soyqırım tətbiq etməsi təəccüblü deyil. Bu gün hələ orta məktəb dövründəki gənclər belə əllərinə silah alaraq törətdikləri məktəb basqınlarında, onlarla insanı güllələyərkən darvinist məntiqin zehinlərini necə zəhərlədiyini açıqlamaqdan çəkinmirlər.

Qarşılarındakını aradan götürülməli heyvan kimi gördüklərini gizlətmirlər. Batil darvinizm dini belə dəhşətli və məhvedici inancdır.
Beləliklə, batil darvinizm dinini və darvinizmin dünyanı aldatmasını nəzərdən keçirərkən bu həqiqətləri unutmaq olmaz. Darvinistlərin dünyanı aldadarkən istifadə etdikləri hiyləgər üsulların elm ilə, sübut edilməli hər hansı elmi nəzəriyyə ilə əlaqəsi olmadığını nəzərə almaq lazımdır. Batil darvinizm dininin əhalinin sayının planlaşdırılması üçün aclıq, xəstəlik və müharibələrin lazım olduğunu müdafiə edən Maltusun fikirlərindən təsirlənərək formalaşdığını, bütün xəstə və şikəstlərin öldürülməsini irəli sürən yevgeni fikrinin əsası olduğunu, kütlələri ölümə sürükləyən faşist və kommunist diktatorların əsas istinadgahını təşkil etdiyini, birinci və ikinci dünya müharibələrində on milyonlarla insanın həyatını itirməsinə səbəb olduğunu və hal-hazırda bütün dünyada və xüsusilə ölkəmizdə davam edən terror bəlasının qidalandığı yeganə mənbə olduğunu unutmamaq lazımdır. Bu gün dünyada mövcud olan bütün qarışıqlıqların, din əxlaqına qarşı aparılan üsyanların, kommunist və faşist axınların, hücum, qətl və terror hadisələrinin də çıxış nöqtəsinin eyni məntiq olması həmişə yadda saxlanılmalıdır. Darvinizm elm adı ilə ortaya çıxmış məsum nəzəriyyə deyil, kütlələri degenerasiyaya, məsuliyyətsizliyə, müharibələrə, qəzəb və zülmə sürükləyən dövrümüzün ən böyük bəlalarından biridir.

Batil darvinizm dininin müdafiəçiləri nə qədər saxtakarlıqla yayılma siyasəti tətbiq etsələr də, Allah`ın üstün qüdrətinə qarşı mübarizə aparan hər kəs mütləq ifşa olacaq və məğlubiyyətə uğrayacaqdır. Hal-hazırda da darvinistlər darvinizmin bu tarixi məhvinə şahid olur və bu vəziyyəti təəssüflə seyr edirlər. Darvinistlər bütün gücün Allah`a aid olduğunu, bütün tələlərin mütləq pozulub yox olacağını tam qavramaya bilərlər, ancaq Haqqa qarşı qurulmuş hər batil tələ mütləq pozulmağa məhkumdur. Uca Rəbbimiz ayəsində bu həqiqəti belə bildirir:

Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir. (Ali-İmran surəsi, 54)