"Mutasiyalar təkamülə səbəb olur" iddiası saxtakarlıqdır

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yerdəyişmələr, qırılmalar və pozuntulardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnən 4 ayrı nukleotidin bir-birinin ardınca xüsusi və mənalı sırada düzülməsi ilə əmələ gəlir. Ancaq bu sırada bircə hərf səhvinin olması o quruluşu tamamilə pozur. Məsələn, uşaqlarda rast gəlinən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması nəticəsində üzə çıxır. Çernobıldakı radiasiya sızması və Xirosimaya atılan atom bombası nəticəsində sonrakı nəslin uşaqlarının şikəst olmalarının və ya xərçəng kimi xəstəliklərin üzə çıxmasının səbəbi də mutasiyaların orqanizmlərində əmələ gətirdiyi bu cür zərərli təsirlərdir.

Demək olar ki, bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlılar üçün ölümcüldür. Zərərsiz mutasiya nümunələri isə, əsasən, orqanizmə heç bir fayda verməmiş, çox halda təsirsiz qalmışdır. Elm adamları tədqiq edilmiş bütün mutasiyaların heç birinin canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişdir.

Lakin təkamül nəzəriyyəsi sözdə yeni canlılar əmələ gətirən, möcüzələr yaradan bu xəyali mutasiyalara əsaslanır. Darvinistlər növlərin xəyali və faydalı saysız-hesabsız mutasiyanın ortaya çıxardığı mükəmməl forma və orqanlar vasitəsilə bir-birlərindən törədiklərini iddia edirlər. Darvinistlərə üz qarası olan bu iddia mutasiyaların orqanizmə mütləq zərər verdiyini bilən darvinist elm adamları tərəfindən irəli sürülmüşdür. Habelə, darvinistlər mutasiyaların bu zərərli təsirlərini çox yaxşı bilmələrinə baxmayaraq, sözügedən iddialarına laboratoriyada mutasiyaya uğradılmış dörd qanadlı mutant meyvə milçəyini nümunə göstərirlər.

Diqqətli şəkildə həyata keçirilən mutasiyalar nəticəsində meyvə milçəyində əmələ gətirilən iki artıq qanad darvinistlər tərəfindən mutasiyaların təkamülə səbəb olması iddiasının ən böyük dəlili kimi təqdim olunmuşdur. Amma, əslində, bu iki qanad canlıya fayda deyil, zərər vermiş, canlının uçma qabiliyyətinin itirməsinə səbəb olmuşdur. Kaliforniya Universitetindən molekulyar bioloq C. Uels bunu belə açıqlayır:
1970-ci ildə Kaliforniya Texnologiya İnstitutundan genetik Eduard B. Luis üç mutant növünü cütləşdirərək müvazinət orqanı normal olan ikinci cüt qanada çevrilən meyvə milçəyi törətməyi bacardı.

İlk baxışda Karolun təcrübəsi nizamlayıcı DNT-dəki kiçik inkişaf yönlü dəyişikliklərin görünüşdə böyük təkamül xarakterli dəyişikliklər etməsi iddiasına dəlil kimi görünə bilər. Amma meyvə milçəyi yenə də meyvə milçəyidir. Habelə, ikinci cüt qanad normal görünməsinə baxmayaraq, uçma əzələlərindən məhrumdur. Dörd qanadlı meyvə milçəyi quyruğundan lazımsız yerə sallanan bir cüt qanadı olan təyyarə kimidir. Canlı uçarkən və cütləşərkən çətinlik çəkir, buna görə, yalnız laboratoriyada yaşaya bilir. Təkamülə dəlil kimi təqdim edilən dörd qanadlı meyvə milçəyi sirkdəki iki başlı danadan heç də yaxşı görünmür.

C. Uels sözlərinə belə davam edir:
Artıq qanadlı və ya əskik ayaqlı şikəst meyvə milçəkləri inkişaf genetikası haqqında bizə bəzi şeylər öyrətdi, amma təkamül haqqında heç bir şey öyrətmədi. Bütün dəlillər bir nəticəni göstərir: meyvə milçəyinin embrionuna nə etsək də, yalnız üç ehtimal meydana gələ bilər – normal meyvə milçəyi, qüsurlu meyvə milçəyi və ya ölü meyvə milçəyi. At bir tərəfə dursun, at milçəyi belə deyil.

Göründüyü kimi, darvinistlərin ziddiyyətli iddialarına yeganə dəlil kimi göstərməyə çalışdıqları dörd qanadlı mutant meyvə milçəyi də qüsurlu meyvə milçəyindən artıq deyil. Mutasiyalar canlı üzərində nə qədər təsirlə olursa-olsun, o canlı növünə başqa canlıya aid xüsusiyyət əlavə etmə kimi möcüzəvi qabiliyyətdən məhrumdurlar. Amma darvinistlər canlıda mutasiyalar yolu ilə möcüzələr əmələ gəlməsi yalanına inanmaq istəyirlər.
Maraqlısı budur ki, sözügedən meyvə milçəyinin qüsurlu olması darvinist elm adamlarına məlum olmasına baxmayaraq, bu mutant hələ də dərsliklərdə mutasiya ilə təkamülün ən böyük dəlili kimi göstərilir. Molekulyar bioloq C.Uels bununla bağlı belə yazır:

Peter Raven ve Corc Consonun 1999-cu ildə nəşr olunan dərsliyi “Biology”yə əsasən, təkamül genetik məlumatdakı dəyişikliklərlə başlamışdır... Mutasiya və yenidən birləşmə (mövcud genlərin yenidən nizamlanması) yolu ilə baş verən genetik dəyişiklik təkamül üçün xam maddə hazırlayır. Kitabdakı eyni səhifədə dörd qanadlı meyvə milçəyinin rəsmi verilir və onu inkişafın kritik mərhələsini nizamlayan gen - ultrabithoraxdakı dəyişiklərə görə mutant adlandırır, bundan əlavə, sinəyə və iki cüt qanada malik olduğunu da əlavə edir.

Yuxarıda qeyd edilən dərs kitabı, bundan əlavə, oxucuya əlavə qanadların qazanc olması təsəvvürünü verir. Amma, əslində, dörd qanadlı meyvə milçəyi uçuş üçün lazımi orqanlardan məhrumdur. Müvazinət orqanları yox olmuş və onların yerini yeni bir şey deyil, digər hissədə onsuz da mövcud olan orqanların surətləri almışdır. Nə qədər dörd qanadlı meyvə milçəyi rəsmləri mutasiyaların yeni orqan əlavə etməsi təsəvvürünü versə də, bunun tam əksi həqiqətə daha yaxındır.

Darvinizmin iddia etdiyi canlıların başlanğıcını təmsil edən və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan o xəyali ilk hüceyrənin öz-özünə meydana gəldiyini fərz etdikdə belə kompleks quruluşlu insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olarkən, eyni zamanda, bunların hamısı canlıya fayda və ya yenilik gətirən xüsusiyyətdə olmalıdır.

Darvinizmin iddia etdiyi canlıların başlanğıcını təmsil edən və təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan o xəyali ilk hüceyrənin öz-özünə meydana gəldiyini fərz etsək belə, kompleks quruluşa malik insan əmələ gələnə qədər baş verməli xəyali təkamül prosesinin ən kiçik mərhələsində belə külli miqdarda genetik məlumat hazırlanmalı və saysız-hesabsız mutasiya baş verməlidir. Bu mutasiyaların miqdarı çox olmaqla bərabər, eyni zamanda, onların “hamısı” canlıya fayda və ya “yenilik” gətirəcək xüsusiyyətdə olmalıdır. Çünki inkişaf etməkdə olan bu xəyali yeni orqanizmdə baş verəcək bircə səhv sistemin tamamilə pozulub çökməsinə səbəb olacaqdır. Mutasiyaların 99% zərərli və 1% təsirsiz olduğu nəzərə alınarsa, təkamül nəzəriyyəsinə görə baş verməli bu milyardlarla mutasiyanın hər birinin istisnasız faydalı olduğunu iddia etmək, şübhəsiz, ağıla və elmə ziddir.

Ona görə, bir canlıda daha əvvəl mövcud olmayan yeni bir üzvün və ya xüsusiyyətin mutasiyalar nəticəsində meydana gəlməsi qeyri-mümkündür. Mutasiyaların bir canlıya o canlıya aid olmayan yeni məlumat əlavə etmə və onu fərqli canlıya çevirmə gücü yoxdur. Mutasiya iddiası darvinizm yalanının, darvinist məntiqsizliyinin ən böyük göstəricisini təmsil edir. Çünki təkamül fikri, əslində, olmayan bu xəyali “faydalı” mutasiyalara əsaslanır.