Saxtakarlıqlara səs çıxarmayan darvinist elm adamları

Darvinizm sehrinin insanlar üzərində təsirli olması üçün darvinist elm adamları arasında təkmilləşdirilən ittifaq da çox diqqətçəkəndir. Bir neçə batıq səsdən başqa demək olar ki, heç kim təkamül nəzəriyyəsini müdafiə etmək məqsədilə təkmilləşdirilən, elmlə əlaqəsi olmayan, uşaqsayağı, məntiqsiz və əsassız açıqlamalara səs çıxarmır.

Ancaq bəzən təkamülçü iddialar darvinist elm adamları üçün belə o qədər böyük və açıq-aşkar rüsvayedicidir ki, ətrafdakıların təzyiqindən çəkinərək özlərində bunlara etiraz etmək məcburiyyəti hiss edirlər. Məsələn, Darvinin özünün Şimali Amerikada qara ayının ağzını böyük açaraq sudakı həşəratları tutması nəticəsində balinaya çevrildiyi və ya çırpılan üzgəclərin köməyi ilə yuxarı qalxan, fırlanan, havada süzən balığın mükəmməl qanadları olan heyvanlara çevrilməsi iddiaları hələ də bəzi mühafizəkar darvinistlər tərəfindən müdafiə edilməsinə baxmayaraq, bir çox darvinist tərəfindən rüsvayçılıq kimi qəbul edilir.

Nəhayət, 2009-cu ildə “insanın (xəyali) təkamülünün ən böyük dəlili”, “tapıla bilməyən itmiş halqa” adı altında qəzet başlıqlarında həftələrlə dərc edilən, haqqında darvinistlər üçün rüsvayedici təbliğat həyata keçirən lemur fosili İda da bəzi darvinist elm adamları tərəfindən o cür qarşılanmışdır. Darvinist elm adamlarından bəziləri bunu sirk, bəziləri təlxəklik adlandırmış, bəziləri də itmiş halqa iddiası ilə heç əlaqəsi olmayan bu fosillə bağlı hay-küyə görə nə qədər utandıqlarını açıq şəkildə ifadə etmişdir.

Lakin yenə də bu rüsvayçılığı anlayan darvinistlərin də reaksiyası azdır. Çünki öz ideologiyalarına əsasən, darvinizmin bəsit dünyasını – məntiqsiz də olsa – sonuna qədər müdafiə etmək məcburiyyətindədirlər. Təkamül Darvinin fikrincə havada uçan balıq kimi elmi cəhətdən əsaslılığı olmayan varlıqları törətmişdir. Onun yolunu təqib edən darvinistlər də özlərini eyni fikri müdafiə etmək məcburiyyətində hiss edirlər.
Bristol Universiteti qeyri-üzvi kimya fakültəsindən D.T. Rosevear darvinizmin bu bəsit məntiqini və elm adamlarının göz görə-görə bu oyuna düşdüklərini bu sözlərlə ifadə edir:
Təkamül heç bir dəlilə əsaslanmayan bir hipotezdir və həqiqətlərə uyğun deyil. Bu klassik təkamül nəzəriyyələri həddindən artıq mürəkkəb və dolayı həqiqət yığınının olduqca bəsitləşdirir və bunun uzun zamandır bircə etiraz mızıltısı belə gəlmədən, olduqca çoxlu sayda elm adamı tərəfindən tənqid edilmədən və etirazsız şəkildə qəbul edilməsini heyrətlə qarşılayıram.

Darvinistlər canlılara istədikləri qədər öz ağıllarına görə bəsitliyi yaraşdırmağa çalışsalar da, canlı aləminin  qeyri-adi və heyrətamiz kompleksliyə malik olması onların da inkar edə bilmədikləri açıq həqiqətdir. Dünyada bir-birindən fərqli milyonlarla heyvan və bitki növü var. Onların hər birinin malik olduğu ən kiçik forma belə qeyri-adi mürəkkəbliyə malikdir. Dövrümüzdə canlıların malik olduqları forma və orqanların funksiyalarını bir azca da olsa anlamaq, laboratoriyalarda bunu tədqiq edib kəşf etmək uğur hesab edilir. Ağıllı varlıq olan insan öz hüceyrəsinin nəyə bənzədiyini ancaq keçən əsrdə ancaq ümumi cəhətdən öyrənə bilmişdir. Həm də nəinki bu hüceyrəni, bu hüceyrənin yüz minlərlə zülalından birini belə hələ əmələ gətirə bilməmişdir. Darvinistlər tərəfindən ən “ibtidai” canlı kimi tərif edilən bakteriya malik olduğu orqanoidləri, DNT və hüceyrə qılafı, antibiotiklərə qarşı möhtəşəm müqavimət bacarığı və üstün xüsusiyyətləri ilə fövqəltəbii komplekslik nümunəsidir. İngilis zooloqu Sir Ceyms Qreyin ifadəsi ilə, bir bakteriya bir laboratoriya fəaliyyətlərindən daha çoxunu həyata keçirir.

Təkamülçü Ceyms A. Şapiro isə bakteriyanın malik olduğu bu xüsusiyyətlərinə görə son dərəcə mürəkkəb canlı olduğunu bu şəkildə etiraf edir:
Bakteriyalar çox kiçik olmalarına baxmayaraq, elmi tərifin fövqündə duran biokimyəvi, struktural və davranış xarakterli komplekslik nümayiş etdirir. Dövrümüzün mikroelektronika inqilabına uyğun olaraq bakteriyaları ibtidaidən daha çox kompleks canlı olduğunu hesab etmək daha məntiqli olar... Bakteriyalarsız yer üzündə həyat hal-hazırkı şəkildə mövcud olmazdı.

Bu təqdirdə, canlılara “ibtidai” tərifini vermək, şübhəsiz ki, mümkün deyil. Canlı orqanizmi üstün Yaradan, bütün varlıqlara hakim olan Azim bir Gücün varlığını və üstünlüyünü göstərir. O Yaradan  varlıqlara can verən, onların hər vəziyyətini bilən, hər şeyi yoxdan yaradan, yaradanların ən gözəli olan Allah`dır. Allah`ın bənzərsiz yaratması Rəbbimizin yalnız “Ol” əmri ilə baş verir. Allah üçün ən möhtəşəm varlıqları istədiyi anda istədiyi formada yaratmaq, şübhəsiz ki, çox asandır. O, hər şeyin sahibidir, hər şeyə hökm edəndir. Rəbbimiz ayələrində belə buyurur:

Göylərin və yerin mülkü Onundur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allah`a tərəf qayıdacaqdır! (Hədid surəsi. 2-5)