Saxta darvinizm ideologiyasının dəstəkçiləri daim masonlar olmuşdur

Daha əvvəl detallarını bildirdiyimiz kimi, masonluğun təməl fəlsəfəsi darvinizmə əsaslanır. Çünki darvinizm masonluğun əsaslandığı cəhətləri - ateizmi, məqsədsizliyi, müharibələri və degenerasiyanı, yəni dəccal sistemini qanuniləşdirmək üçün irəli sürülmüş və elmi tərəfi olmamasına baxmayaraq, elmi göstərilməyə çalışılmış saxta ideologiyadır.
Yüksək dərəcəli mason olan Selami İşıldağ masonluğun təkamülü qeyd-şərtsiz qəbul etməsini bu sözlərlə dilə gətirmişdir:

Qısa şəkildə bəzi masonik prinsip və fikirlərə də toxunmaq istəyirəm: masonluğa əsasən, həyat tək hüceyrədən başlayır, dəyişmə, çevrilmə və təkamüllə insana qədər davam edir. Başlanğıcın mahiyyəti, səbəbləri, məqsədi və şərtləri məlum deyil. Həyat maddə-enerjidən əmələ gəlmiş və ona qayıdacaqdır. Kainatın ulu memarı; ancaq ali prinsip, yaxşılıqlar və gözəlliklərin sonsuz üfüqü, təkamülün zirvəsi, ən yüksək mərhələsi, insanlıq prinsipi olaraq düşünülüb mənimsənilərsə, şəxsiləşdirilməzsə, ehkamçılıqdan qurtulma ehtimalı var. (Allah`ı tənzih edirik)

Bu sözlərdə işlədilən “kainatın ulu memarı” adlandırılan masonik anlayış masonların tapındıqları şeytanı ifadə edir. (Allah`ı tənzih edirik).

Başqa bir mənbədə masonluğun təkamül düşüncəsi ilə əlaqəsi açıq şəkildə bildirilir və Darvinin babası Erasmus Darvinin təkamül fikrini irəli sürməsinin mühüm səbəbinin masonluğa əsas təşkil etməsi açıqlanır:

“New Age”in universallıq, sehr və təkamül kimi doktrinalarının böyük əksəriyyəti mason lojasında yer alır. Bu səbəbdən, Erasmus Darvin kimi masonlar və başqaları da təkamül fikrini qəbul etmişdir.

... Təkamül reinkarnasiya ilə əlaqəli mistik dindir. Elə buna görə, “New Age” oxucuları da təkamül təlimlərinə inanırlar. Təkamül təbii seleksiyanın bütün canlıları ibtidaidən mürəkkəbə çevirdiyini irəli sürür (insan isə milyardlarla il davam edən təsadüflərlə dolu bu mərhələli inkişafın son məhsuludur). Reinkarnasiya da insanın mükəmməlliyə çatana qədər bir çox həyat yaşayaraq sonsuz şəkildə təkamül keçirdiyini öyrədir.

Darvinizmin masonluğa əsaslanan nəzəriyyə olması C.H.Steinmetzin “Masonluğun gizli mənası” (Freemasonry: Its Hidden Meaning) adlı kitabında bu sözlərlə şərh edilmişdir:
Masonik təmsil və simvollarda gizlənən bu qədim və gizli təlim təkamülü Darvinin indiyə qədər öyrətdiyi kimi açıqlayır: Reinkarnasiya və Karma elmi astrologiyanın bir parçasıdır.

Yazıçı F.D.Kolins masonik sistemi ifşa etdiyi “Elmi diktatorluğun hakimiyyəti” (The Ascendancy of the Scientific Dictatorship) sərlövhəli məqaləsində darvinizmin, əslində, masonik yalana necə əsaslandığını bu sözlərlə ifadə edir:

Darvinizm nəzəriyyəsi “-izm”lərin, ehtiyatla örtülmüş sehrlə bağlı anlayışların, fəlsəfi doktrinaların və ideologiyaların sıx qarışığıdır. Tennenbaumun “darvinizm cəfəng (ağlasığmaz) dərəcədə məntiqsiz təkliflərə əsaslanır, bunlar elmi müşahidələrdən əldə edilməmiş, lakin süni şəkildə xaricdən siyasi və ideoloji səbəblərlə ortaya atılmışdır” açıqlaması əsaslı və doğrudur.

Masonluğun darvinizmi ön plana çıxararaq dünya müharibələrinə səbəb olması, kütləvi qırğınlar törətməsi, soyqırım, irqçilik kimi zülm sistemlərini yayması da çətin olmamışdır. Masonluq müxtəlif yüksək dərəcəli masonları ön plana çəkərək, darvinist ideologiyanı əsas götürərək və bu ideologiya ilə insanların beyinlərini yuyaraq dünyaya qorxunc fəlakət gətirmişdir. 350 milyondan çox insan bu qorxunc oyun nəticəsində şəhid olmuş və ya həyatını itirmiş, insanlar nə olduğunu başa düşmədən iki böyük dünya müharibəsinin gətirdiyi bəlaya düşmüşdülər.

Kolins bu həqiqəti belə şərh edir:
Nizamın gizli kultu” (The Secret Cult of the Order) adlı əsərində A.Sutton belə deyir: “Marks və Hitler, hər ikisinin də fəlsəfi təməlləri Hekelə əsaslanır. Elə Darvin, Marks və Hitlerin kəsişdiyi Hekelçi nöqtə buradadır. Nitşeizm, darvinizm və marksizmin birlikdə Sionun ağıllı adamları protokolunda yer tutduğu nəzərə alınarsa, bu, bir təsadüf deyil. Hər ikisi də Hekelçi prinsiplərə əsaslanır. Habelə, hər ikisi də darvinizm elmi ilə qanuniləşdirilmiş elmi diktatorluqlardır.

Hitler və Marksın hər ikisinin də darvinist təkamülə olan marağı tarixi həqiqətdir. Londonda yaşadığı dövrdə Karl Marks Haksli tərəfindən verilən təkamül nəzəriyyəsi konfranslarında iştirak edirdi.

Kommunizmin sinfi mübarizəsi anlayışı ilə Darvinin təbii seleksiya prinsipi arasındakı heyrətləndirici bənzərliyin fərqinə varan Marks Darvinə 1873-cü ildə “Das Kapital” kitabının bir surətini göndərmişdi. Təkamül düşüncəsindən sehrlənən Marks növbəti cildi Darvinin ona həsr etməsini istəmişdi.

Tədqiqatçı İan Taylor bu mövzunu belə açıqlayır:
Faşizm və ya marksizm, sağ qanad və ya sol - ... əlbəttə, bu yolların təməli Darvinin təkamül nəzəriyyəsidir.

Kolinsin bu mövzu ilə bağlı digər fikirləri də belədir:
Evolution and Ethics (Təkamül və etika) adlı kitabında Kit açıq şəkildə bunları deyir: “Mənim davamlı şəkildə ifadə etdiyim kimi, alman Führer (Hitler) bir təkamülçüdür: şüurlu şəkildə Almaniyadakı tətbiqatların təkamül nəzəriyyəsinə uyğun olmasını hədəf seçmişdir”.

“Mein Kampf” kitabını təhlil edən V.Maser, Hitlerin biologiya, sitayiş, güc və mübarizə kimi məfhumlardan və onun tarixdə əxlaq şərti fikirlərini rədd etməsinə görə, Darvinin cavabdeh olduğunu açıqlamışdır.

Kommunizm və nasizm hərəkatlarının nəticəsində inanılmaz dərəcədə çox qan axıdılmışdı. Bu, darvinist təfəkkürün təbii nəticəsi və elmi diktatorluğun mirası idi.

Darvinin düşüncələrini tətbiq edən kommunistlər və faşistlər milyonlarla insanı öldürmüşdülər. Bu qrupların hər ikisi də elitlər (illuminati) içərisindən çıxır və dövrümüzdə də eyni məqsədlərə xidmət edirlər. Darvinist güclü olanın həyatda qalması iddiası nəticəsində zəfər əldə etmək üçün qan tökülməsi şərtdir.

Masonluq, yəni dəccaliyyət darvinizm pərdəsi altında kütlələrə sızaraq milyonlarla insanın qətl edilməsinə yol açmışdır. Bu dəccali sistem ölkələri məhv etmiş, inananlara istiqamətlənən qırğınların bir nömrəli cavabdehi olmuşdur və bu dəccali sistemin üsulları hər zaman insanlara uyğun göstərilməyə çalışılmış, təkamüllə kamuflyaj edilərək elmi əsası kimi göstərilmişdir. Lakin təkamül nəzəriyyəsi elmi dəlillə dəstəklənmədiyi kimi, hər elmi tapıntı bu nəzəriyyəni təkrar-təkrar süquta məruz qoyur. Darvinizmin böyük yalan olması qəti və sübut edilmiş həqiqətdir.

İnsanların açıq-aydın deyilmiş yalana bu qədər kor-koranə bağlanmaları, dünya səviyyəsində bu yalanın yayılması və insanları, cəmiyyətləri, ölkələri təsiri altına alması, əlbəttə, inanılmaz hadisədir. Lakin sözügedən kütləvi yalanın masonların monopoliyasında olması həqiqəti nəzərə alındıqda bu aldanmanın səbəbi də başa düşülür. Masonların oyunu, qapısı örtülü lojalardan bütün dünyaya çatan təsirli oyundur. Onlar cəmiyyəti və ya bütün dünyanı aldatmaq istədikdə eynilə təkamül nəzəriyyəsində olduğu kimi, ölkələri, dövlətə bağlı qurumları, insanları, mətbuatı, yəni hər cür yoldan istifadə edərək bunu istədikləri kimi edə bilirlər.