"Coelacanth dənizdən quruya keçid nümunəsidir" iddiası saxtakarlıqdır

 Əslində, canlı dinozavr tapılsaydı, bu, daha az təəccüblü olardı. Çünki fosillər Coelacanth-ın dinozavrların üzə çıxmasından 150-200 il əvvəl mövcud olduğunu göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalıların əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl məhv olduğu hesab edilən balıq canlı tapılmışdı!

“Focus” (Fokus) jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth-ın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl Coelacanth fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini yeriməyə başlayan ayaqlar, fosilləşmiş yağ kisəsini isə ibtidai ağciyər kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.

Elə bu vaxt canlı nümunəsi ələ keçən Coelacanth darvinistlər üçün böyük ümidsizliyə səbəb oldu. Bu və ən sonuncusu 2007-ci ilin may ayı və daha sonra dövrümüzdə dənizlərdə tapılan 200-dən çox Coelacanth fosillər üzərində aparılan darvinist spekulyasiyaları tamamilə aradan qaldırdı. Başa düşüldü ki, Coelacanth təqribən 150 sm boyunda, olduqca təkmil quruluşa malik kompleks canlıdır. Həm də bu canlıda 450 milyon illik tarixində heç bir dəyişiklik baş verməmişdi. Başqa sözlə, bu gün mövcud olan komplekslik 4500 milyon il əvvəl də eynilə var idi.

Bütün bunların elmi cəhətdən başa düşülməsinin ardınca Coelacanth yaşayan fosil nümunələri arasına qatıldı və ara keçid forma olduğuna dair bütün iddialar geri götürüldü. Darvinistlər üzərində fərziyyə qurduqları bir fosili də itirdilər. Əgər bu canlı dövrümüzdə dənizlərdə tapılmasaydı, eynilə Archaeopteryx-də olduğu kimi, bu fosil üzərindəki darvinist fərziyyələr bitməyəcəkdi. Canlı sudan quruya keçidin ən böyük təmsilçisi kimi tanıdılmaqda davam edəcək və ən yaxşı ara keçid forma kimi üzərində minlərlə fərziyyə qurulacaqdı. Bu canlının ara keçid forma deyil, mükəmməl dəniz canlısı olduğuna dair həqiqətləri ifadə edənlər isə darvinistlər tərəfindən eynilə hal-hazırda digər ara keçid forma iddialarındakı kimi susdurulacaqdılar. Lakin heç bir dəlilə əsaslanmadan insanları aldatmaq istəyənlər heç bir nəticə əldə edə bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur:

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allah`ındır. Allah`dan başqasına tapınanlar həqiqətdə Allah`a qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. (Yunis surəsi, 66)