"Təkamül keçirən" canlı orqanizmi nə üçün mutasiyalara qarşı qorunur?

Bütün təkamülçü elm adamları bilirlər ki, canlının DNT-sində birdən-birə replikasiya səhvinin meydana gəlmə ehtimalı çox azdır. Tədqiqatlar hüceyrələrdə genetik səhvlərin əmələ gəlməsinin qarşısını alan qoruyucu ünsürlərin mövcud olduğunu üzə çıxarmışdır. DNT-dəki məlumat  bir-birini səhvlərə qarşı yoxlayan bir-birindən fərqli saysız-hesabsız hormon olmadan replikasiya edilə bilməz. Bunlar düzgün amin turşusunun düzgün RNT-yə birləşdiyini müəyyən edilməsi üçün cüt süzgəcli hormonlardan təşkil olunmuşdur.

Bir süzgəc çox böyük amin turşusunu kənar edərkən digəri çox kiçiklərini kənarlaşdırır. Bu, olduqca həssas və ağıllı sistemdir. Bu ağıllı sistemdə səhv meydana gəlməsi ehtimalına qarşı sonuncu yoxlamanı aparan hormonlar da var. Elm adamları öz ağılları çərçivəsində DNT-nin bütünlüyünü qorumağa xidmət edən daha yaxşı hüceyrə nəzarəti və müdafiə sistemi təsəvvürünün olmadığını qəbul edirlər.

30 il boyu Sarbonnada təkamül kürsüsünə rəhbərlik edən Pier Paul Qrass bu məsələ ilə bağlı belə yazır:

Küləklə daşınan tozun Dürerin “Melancolia”sını əmələ gətirmə ehtimalı gözü əmələ gətirən DNT molekullarında meydana gələcək replikasiya səhvi ehtimalından daha azdır.45
Darvinistlər DNT-dəki bu möcüzəvi sistemi görməməzliyə vurur, bu mövzunu dərindən araşdırıb açıqlama gətirməkdən çəkinirlər. Lakin bir tərəfdən də əmələgəlmə ehtimalı demək olar ki, qeyri-mümkün olan replikasiya səhvləri haqqında həyat tarixi ssenarisi uydururlar. Bu, darvinist məntiqin uğursuzluğunu bir daha nümayiş etdirir.

Darvinin irəli sürdüyü təbii seleksiya iddiasının təkamül üçün qəti açıqlama olmadığının başa düşülməsinin və genetika qanunlarının darvinizmə zərbə kimi ön plana çıxmasının ardınca neodarvinizmin ən böyük silahı kimi üzə çıxarılan “mutasiyaların təkamül xarakterli təsiri” iddiası göründüyü kimi, yalandan ibarətdir. Canlı orqanizmi pozan, öldürən, məhv edən, bəzən də ondan sonrakı bütün nəsillərə təsir edərək zərər verən mutasiya kimi mexanizmin yeni canlılar üzə çıxardığını iddia etmək, şübhəsiz, böyük ağılsızlıqdır.

Lakin insanlar illər boyu bu yalanla aldadılıblar. Əlbəttə, darvinist elm adamları da mutasiyaların bu cür möcüzəvi gücü olmadığını bilirlər. Belə ki, dövrümüzdəki ən qatı darvinistlərin önündə gedən Riçard Dokinz belə “mutasiyaların çoxu zərərlidir, arzuolunmaz mənfi təsirin meydana çıxması ehtimalı olduqca çoxdur”sözləri ilə bu həqiqəti etiraf etmişdir. Darvinistlərin hələ də bu çürük iddianı təkamül mexanizmi kimi təkidlə təqdim etməyə çalışmaları batil darvinizm dininə bağlılıqlarından irəli gəlir.